Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | “Kürdlərə borclu olduğumuzu unutmayaq” - Makron Adalet.az | “Kürdlərə borclu olduğumuzu unutmayaq” - Makron Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / DÜNYA

“Kürdlərə borclu olduğumuzu unutmayaq” - Makron

8606    |   2018-12-24 12:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Fransa prezidenti Emmanuel Makron ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin Suriyada İŞİD terrorçularına qarşı məhz bölgədəki kürd birləşmələrinin köməyinə söykənərək hərəkət etdiyini bildirib.

Azvision.az xəbər verir ki, bu barədə Makron Çad Respublikasına səfəri zamanı keçirdiyi mətbuat konfransında deyib. O, həmçinin, Suriyadakı qoşunlarını çıxarmaq barədə qərar verdiyinə görə ABŞ-ı məsuliyyətsizlikdə ittiham edib.

"Beynəlxalq koalisiya qüvvələri Suriyada İŞİD terrorçularına qarşı məhz bölgədəki kürd birləşmələrinin köməyinə əsaslanaraq hərəkət edirlər. Bu səbəbdən də hər kəsi məsuliyyətli olmağa çağırıram. Kürdlərə borclu olduğumuzu unutmamalıyıq” – Makron vurğulayıb.

Fransa prezidenti onu da qeyd edib ki, "Paris Levantdakı (Aralıq dənizinin şərq sahillərində yerləşən ölkələrə verilən ümumi ad. Makronun çıxışında isə konkret olaraq Suriya nəzərdə tutulur) müdaxiləsini davam etdirəcək. Bu gün bizim orada hərbçilərimiz var”.

Qeyd edək ki, Türkiyə Suriyanın şimalındakı silahlı kürd birləşmələrini PKK terror təşkilatının Suriyadakı qolları hesab edir və onları məhv etmək üçün Fəratdan şərqə doğru yeni əməliyyatlara hazırlaşır.



İmza:
SON XƏBƏRLƏR
2019-09-23
2019-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK