adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
24 Dekabr 2018 12:02
25563
TEXNOLOGİYA
A- A+

“DaimOnline” kampaniyası daha iki universitetdə

Belə ki, aksiya çərçivəsində Bakcell şirkəti Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universitetində xüsusi "DaimOnline” stendi quraraq universitet tələbələrinə "Green Box”, "İnsta Print”, "Facebook Frame” və digər maraqlı oyunlar və əyləncələrdə iştirak edib müxtəlif hədiyyələrə sahib olmaq imkanı verib. Stenddə təşkil edilmiş maraqlı və şən tədbirlərində iştirak etmiş yüzlərlə tələbə həmçinin yeni "DaimOnline” tarif paketləri barədə ətraflı məlumat əldə ediblər.

Qeyd edək ki, ötən ay bu aksiya Azərbaycan Tibb Universitetinin tələbələri üçün də keçirilmişdir.

Gənclərin daha çox sosial şəbəkələr və mesajlaşma tətbiqetmələrindən istifadə etməyə üstünlük verdiyini nəzərə alaraq, Bakcell şirkəti bir müddət əvvəl yeni "DaimOnline” paketlərini təqdim edib. Üç variantda və müvafiq olaraq 6, 10 və 20 manat aylıq abunə haqqı ilə təklif olunan yeni tarif paketləri sayəsində istifadəçilər limitsiz "WhatsApp”, "Facebook” və "Instagram” istifadəsi ilə yanaşı qiqabaytlarla internet və bol-bol şəbəkədaxili dəqiqələrdən yararlana bilirlər. Limitsiz "WhatsApp”, "Facebook” və "Instagram” imkanı təqdim edən yeni "DaimOnline” tarif paketlərini istifadəyə verməklə, Bakcell gənc abunəçiləri limitsiz ünsiyyət üçün tam sərbəstliklə təmin edib. Bu yeni tariflər sayəsində gənclər daim onlayn olmaq imkanı əldə ediblər.

Bakcell şirkətinin yeni "DaimOnline” tarifləri və digər sərfəli və innovativ təkliflər barədə daha ətraflı məlumat almaq üçünwww.bakcell.comsəhifəsinə və yaxud "Bakcell”in rəsmi "Instagram” və "Facebook” səhifələrinə daxil olun.