adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
22 Dekabr 2018 11:44
14020
DÜNYA
A- A+

Tramp-Ərdoğan görüşünün detalları AÇIQLANDI: “Bilirsən nə var?”

Türkiyə PrezidentiRəcəb Tayyib ƏrdoğanABŞ PrezidentiDonald Trampla söhbət zamanı bəyan edib ki, kürd döyüşçülərinin Ağ evtərəfindən dəstəklənməsinin məqsədini başa düşmür.

"Report" Gazeta.Ru-ya istinadən xəbər verir ki, bu barədə The Washington Post yazıb.

R.T.Ərdoğan vurğulayıb ki, Trampın özünün dediyinə görə, İŞİD terror təşkilatı devrilib. O həmçinin regionda minə yaxın amerikalı hərbçilərin qalmaqda davam etməsinin səbəbi barədə sual verib.

"Bilirsən nə var? Götür. Mən gedirəm", - Tramp deyib.

Bildirilir ki, söhbətin detallarını ABŞ administrasiyasının bir neçə əməkdaşı təsdiqləyib.

Xatırladaq ki, bir qədər əvvəl xəbər verildiyi kimi, Birləşmiş Ştatlar Suriyadan özqoşunlarını çıxarmağa başlayıb.