adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
21 Dekabr 2018 17:36
30742
HÜQUQ
A- A+

Bakıda vətəndaşlara qarşı 450 min manat dələduzluq edənin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində 450 min manatlıq dələduzluqda təqsirləndirilən Bəxtiyar Babayevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Trend-in məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prokuror ittiham aktını elan edib.

B.Babayev özünü ittihamlarla təqsirli bilməyib.

Proses dekabrın 25-nə təyin edilib.

İttihama görə, Bəxtiyar Babayev Valeh Əliyev, Natiq Yusubov və Rabil Nağıyevə qarşı dələduzluq edib. O, istilik sistemlərinin satışı ilə məşğul olmaq adı ilə zərərçəkmişlərdən pul alıb. Onların etibarını qazanmaq üçün bir neçə mağaza göstərərək özünün olduğunu, bizneslə məşğul olduğunu deyərək həmin şəxslərdən iş görmək adı ilə ümumilikdə 450 min dollar alıb.