adalet.az header logo
  • Bakı 19°C
21 Dekabr 2018 16:49
15094
ELM VƏ TƏHSİL
A- A+

DİM hərbi akademiyaya magistratura imtahanı keçirdi

Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 21-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının magistratura səviyyəsinə qəbul imtahanının I mərhələsini keçirib.

Bu haqda Adalet.az-a DİM-dən məlumat verilib.

İmtahan saat 10:00-da başlanmış və 2 saat 30 dəqiqə ərzində aparılıb.

İmtahan prosesi təlimata uyğun şəkildə keçirilib. Namizədlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İmtahanda iştirak etmək üçün 71 namizəd qeydiyyatdan keçib. Onlardan 1 nəfərimtahana gəlməyib.

İmtahanın nəticələri Silahlı Qüvvələrin Hərbi Akademiyasına təqdim olunub.