adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
22 Dekabr 2018 11:02
16086
DÜNYA
A- A+

BƏ DEYİRDİLƏR PUTİNİN PAŞİNYANLA ARASI DƏYİB?

Bizim politoloqlar, siyasi şərhçilər, beynəlxalq icmalçılar (yox, deyəsən, beynəlxalq icmalçılar keçmişdə vardı, indi yoxdu) Rusiyanın Ermənistanla arasının dəydiyini, Putinin Paşinyanı istəmədiyini, Paşinyanın da Rusiyanı, Putini bəyənmədiyini mətbuata elə ağızdolusu və çox müdrikcəsinə müsahibələr və açıqlamalar verirlər ki, elə bil bişməmiş toyuq qızıl yumurta yumurtalayacaq. Mən də yazırdım ki, ay müdrik politoloqlarımz, bu göstəridən başqa bir şey deyil. Nijniy Novqorodun və ya Krasnodarın qubernatoru Putin üçün nədilərsə (kimdilərsə yox ey, nədilərsə) Paşinyan da Putin üçün onlar kimi nədi, tutar qulağından atar bayıra.

İndi dalbadal Putindən açıqlamalar gəlir ki, Ermənistan Qafqazda bizim ən yaxın və etibarlı müttəfiqimizdi. Və ya bu günlərdə də açıqladı ki, Paşinyan mənim ən yaxın dostumdu.

Bə deyirdilər Putinin Paşinyanla arası dəyib?

Oyün oxuyuram ki, Rusiya snayperçiləri erməni snayperçilərinə təlim keçirlər.