adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
21 Dekabr 2018 11:18
14408
ƏDƏBİYYAT
A- A+

Fərid Hüseyn Xəzər Universitetində mühazirə oxudu

Dekabrın 19-da Bakı Slavyan Universitetinin müəllimi şair-esseist Fərid Hüseyn Xəzər Universiteti tələbələrinin qonağı oldu. Əvvəlcə tədbir iştirakçıları filologiya fakültəsinin tələbəsi Müjgan Fərruxlunun təqdimatında Fərid Hüseynin ədəbi bioqrafiyası ilə tanış oldular. 

Adalet.az xəbər verir ki, "Dünya ədəbiyyatını öyrənək" layihəsi çərçivəsində keçirilən tədbirdə F.Hüseyn "L.N.Tolstoyun "Anna Karenina" romanının əsas ideyası" mövzusunda mühazirə oxudu. Əsərdəki baş surətləri təhlil edən gənc qonaq, həmçinin tələbələrin suallarını cavablandırdı. Mühazirədən sonra Fərid bəy tələbələrə yeni kitablarını hədiyyə verdi, şeirlərini oxudu. Layihə rəhbəri Xəzər Universitetinin müəllimi Qardaşxan Əzizxanlı maraqlı görüşə görə gələn qonağa təşəkkürünü bildirdi.

Yaşanan unudulmaz anlar xatirə şəkillərində əksini tapdı və "Xəzər"lilər də öz növbəsində şairə xatirə hədiyyəsi təqdim etdilər.