Bakıda iş adamı güllələnərək öldürüldü
Bakıda iş adamı qətlə yetirilib.
Adalet.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib. Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Vahabov Fariz Mirvahid oğlu Xətai rayonu, Sadıqcan küçəsində özünə məxsus "Hyundai" markalı 99 HV 222 dövlət nömrə nişanlı avtomobilində güllələnib.
Naməlum şəxslər F.Vahabovu əvvəlcə odlu silahla güllələyib, daha sonra isə bıçaqla qətlə yetiriblər.
Hüquq-mühafizə orqanları əməkdaşları F.Vahabovun meyitini avtomobildə aşkarlayıblar.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Hazırda qətli törədən şəxs və şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Digər Xəbərlər
28 Mart 2024 16:46
Paytaxt sakininin telefon və çantasını talayan şəxs saxlanıldı - VİDEO
28 Mart 2024 12:23Xankəndidə silah-sursat aşkarlanıb
28 Mart 2024 11:46Qazaxda kişi tanışını bacısının gözləri qarşısında qətlə yetiribmiş
27 Mart 2024 11:16Abşeronda yük maşını qaçırıldı
27 Mart 2024 10:07