adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
20 Dekabr 2018 17:54
10682
İDMAN
A- A+

Ronaldo dörd qol da vursa...

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo ilin son üç matçında özünəməxsus rekordu yaxşılaşdırmağa çalışacaq.

Qol.az-ın yaydığı xəbərə görə, bu il 46 qol vuran portuqaliyalı hücumçu dekabrın sonuna kimi daha 4 qol vuracağı təqdirdə, dalbadal 8 il 50 qol səddini aşmış olacaq.

"Yuventus" A seriyasında bu ay "Roma" və "Sampdoriya" ilə evdə, "Atalanta" ilə səfərdə qarşılaşacaq. Ancaq Turin klubunun baş məşçisi Massimlano Alleqri bu matçlardan birində 33 yaşlı futbolçuya istirahət verəcəyini söyləmişdi.

Qeyd edək ki, futbol tarixində bu göstəricidə Ronaldonun seriyasına yaxınlaşmağı bacaran futblçular Lionel Messi və Gerd Müllerdir. Onlar dalbadal 5 il 50 qol səddini aşıblar.