adalet.az header logo
  • Bakı 16°C
20 Dekabr 2018 17:28
13849
DÜNYA
A- A+

Litva rus oliqarxların aktivlərini dondurur

Litva insan haqlarının pozulmasında iştirak edən Rusiya vətəndaşlarına qarşı sanksiyaları sərtləşdirmək niyyətindədir.

Adalet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Litva Xarici İşlər naziri Linas Linkyaviçyus deyib. O, rəsmi Vilnüsun bu şəxslərin ölkədəki əmlakını və hesablarını dondurmaq niyyətində olduğunu söyləyib.

Qeyd edək ki, bundan öncə Litva deputatları hökumətdən analoji addımı atmağı tələb etsə də, hökumət bununla razılaşmamış və parlamentdən bununla bağlı yeni qanun hazırlanmasını istəmişdi.