adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
20 Dekabr 2018 12:25
85213
AVTOMABİL
A- A+

Babək prospektinin bir hissəsində hərəkət istiqaməti dəyişdirildi

Yeni Günəşli-Babək prospekti istiqamətindəki yolda tıxacınq arşısının alınması üçün yol ötürücülərində dəyişiklik edilib.

Bu haqda Bakı Nəqliyyat Agentiyindən Adalet.az-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, Yeni Günəşli qəsəbəsi, Telnov küçəsi istiqamətindən gələrək Babək prospekti, yol ötürücünün üstü ilə şəhər istiqamətinə hərəkət edən nəqliyyat vasitələri Babək prospekti kənar yol və ya Bəkir Çobanzadə küçəsi istiqamətinə hərəkət etmək istəyərkən yol ötürücünün sonuna kimi hərəkət edib, Babək prospektindən Mikayıl Əliyev küçəsi istiqamətinə yönəlməli olurdular.

Nəticədə Mikayıl Əliyev küçəsi ilə Babək prospektinin kəsişməsində (maşın bazarının dairəsində) tıxac və sıxlıq halları yaranırdı.

Edilən dəyişiklikdən sonra nəqliyyat vasitələri yol ötürücüdən sağa yönəlməklə birbaşa Babək prospekti kənar yola və Bəkir Çobanzadə küçəsinə hərəkət edə biləcəklər ki, bu da Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsində yerləşən dairədə tıxac və sıxlıq hallarının azaldılmasına, həmçinin sürücülərin daha az məsafə qət etmələrinə imkan yaradacaqdır.

Hazırda həmin hissədə nişanlanma və yol nişanlarının quraşdırılması işləri aparılmaqdadır.