adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Karuselə minməkdən qorxmayın... - Eminquey yazır

EMİNQUEY AKİF
39539 | 2018-12-20 12:03

Karuselə minmisiniz çoxunuz. Möhkəm-möhkəmbağlayırlar adamı. Ki, canına ziyan gəlməsin. Sonra yavaş-yavaş karuselin həyəcanıayaqlarından bədəninə yeriməyə başlayır. Əsirsən, titrəyirsən, qışqırmağabaşlayırsan.

Bəs, sevdiyin adamlardan zərbə alanda nələri yaşadın? Ayaqlarından bədəninəkimi titrəməyə başlamadınmı? Əsmədinmi? Qışqırmağa başlamadınmı ki, niyə axı?Niyə? Mən buna layiq deyildim axı?! Karusel yavaş-yavaş sizi fırladır,fırladır, getdikcə sürətlənir, əgər həssassınızsa bərk-bərk qışqırıb gözləriniziaça bilməyəcəksiniz qorxudan. Biraz da həssassınızsa əlləriniz qıc olacaq.

Eynən özünüzə döşədiyiniz suallardan sonra sevdiklərinizin zərbəsi sizi bu halasalmadımı? Gözlərinizi yumub bağırmadınızmı? Söymədinizmi? Karusel sizifırladıqca fırlayar, lap həssassınızsa başınız gicəllənər, ürəyin bulanar,qusarsınız. Eynən belə olmadımı? O qədər ağladınız ki, o qədər ah-vay etdinizki, halınız dəyişdi. Özünüzü əl-üzyuyana verib ögümədinizmi?

Karuseldən düşəndə adamın bədəninə qəribə rahatlıq gəlir. Ağlayandan sonra daelə olur. Elə bilirsən ki, illərlə qaldığın rəfdən götürüb tozunu alıblar.İçində də qurumuş gül kimi əzab, hirs var imiş, sevdiyiniz adamların zərbəsindənsonra tozunuzu töküb içinizdəki qurumuş çiçəyi də götürüb yenisini qoyurlar. Vəsəni yorğunluqdan yuxu aparır. Amma bilmirsən ki, bu yaşadıqların yenə təkrarlanabilər. 

Hə, belə olur. Ağlayırsan, sızlayırsan, dincəlirsən. Sonra təzə ağrılara qədəryol gedirsən. Amma bilmirsən, bilmirsən ki, nə olacaq? Bu dəfə kim? Bu dəfə necə?Karusel də belədi. Bizə həmişə deyirlər ki, minmə, halbahal olacaqsan, minirik.Lap belə əccəb edirik. Həyat belə daha maraqlıdır. Bütün saydıqlarımla birgə.

Son vaxtlar gözəl şeyləri canıma çəkməyə başlamışam. Ən pis adamda belə bir yaxşı xüsusiyyət var. İran filmlərini məhz buna görə sevirəm. Qəhrəmanlarla baş-başa buraxırlar adamı. Yaxşısıyka, pisiylə. Bax, qərar ver.

Hələ bir hadisə var, görün ha, zarafat deyil. Xəndək döyüşündə Əli düşməninin başını kəshakəsdə ayaqlarının altındakı düşmən onun üzünə tüpürür. Əli qılıncı qınına salır. Düşmən bunu görüb çaş-baş qalır. Əli deyir ki, indi işin içinə öz nəfsim, hirsim də girdi, başını kəsə bilmərəm. Mən Allahın aslanıyam, mən onun üçün döyüşürəm.

İndi siz həyatınızı bu prinsip üstündə qursanız, vallah, cijim haqqı, hər şey yaxşı olar. Təsəvvür edin, Üzeyir Mehdizadə deyir ki, a kişi, mənə məşhurluq, n qədər pul-para lazım deyil, bir şey ki, istedadıma xəyanət edib qatıq-qatıq mahnılarla camaatın zövqünü korlayacam.

O biri yandan Mikayıl Güləddinoğlu qayıdır ki, əl çəkin, reytinq xətrinə bu toyxana müğənnilərini çağırmayacam, olmaz belə, mən sənətimə xəyanət edəmmərəm.

Biznesmeni belə, varlısı belə, nə bilim direktoru belə... Beləcə hamı düzəlməzmi? Sizcə düyün çözülməzmi? 

Qorxmayın e, minin karuselə, fırlanın, onsuz da həyat özü sizi fırladacaq.

TƏQVİM / ARXİV