adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
20 Dekabr 2018 00:27
9706
ƏDƏBİYYAT
A- A+

ƏDALƏT VƏ MƏRHƏMƏT

Ələmdar Məmmədov
Təqaüddə olan
Baş ədliyyə müşaviri

(əvvəli ötən saylarımızda)

İkincisi, əgər qadın doğrudan da öldürülüb başqa yerdə basdırılmışdısa, o zaman cinayətkarları duyuq salmış olardıq. Üçüncüsü isə, hamının eyni sözü deməsi mənə uşaq vaxtı oxuduğum A.Rubakovun "Tunc quş" romanındakı bir hadisəni xatırladırdı: Pionerlər hamının ağzında gəzən söhbət əsasında qazıntı işi aparıb məşhur brilyantı tapa bilməmişdilər. Biz üçlükdə müzakirə apararkən İbrahim Şirinov bildirdi ki, zərurət yarandıqda əməliyyat məlumatlarını yazılı şəkildə göndərə bilər. Mənim təklifimlə qərara gəldik ki, Tahirə arvadın oğulluğu İlqar izlənməli və həyat şəraiti öyrənilməlidir. Bu məsələ ilə bir əməliyyatçı məşğul olmalı idi. Tezliklə İlqarıın içkiyə meyilli olması müəyyən edildiyi üçün, fürsət düşəndə onun polis şöbəsinə gətirilməsi məsələsi gündəmə gəldi. Bu arada pensiya sənədlərini gətizdirib baxarkən sonuncu dəfə 1995-ci ilin mart ayında alınmış pensiyaya dair imzanın əvvəlkilərdən fərqli olması aşkar olundu. VVAQ şöbəsində qadının itkin düşməsi barədə qeydiyyat yox idi.
Polis rəisi ilə başqa maşına oturub həyəti kənardan seyr etsəkdə, diqqəti cəlb edən qeyri-adi heç bir şey müşahidə etmədik. Nəhayət, 1998-ci ilin yanvar ayında polis rəisi Şirzad İsgəndərov zəng edərək bildirdi ki, oğlanı polisə müqavimət göstərdiyinə görə şöbəyə gətirmişik. Elə həmin gün İbrahim Şirinov məxfi qriflə əməliyyat məlumatlarını mənə göndərdi.
Qərara gəldik ki,bir sutka oğlanla heç kim danışmasın. Səhər saat 23 radələrində Rayon Polis Şöbəsinə getdim. Oğlana - "Gəl, səni prokuror çağırır" dedikdə bərk həyəcanlanmış və qorxmuşdu. İyirmi dəqiqə qapı ağzında gözlədikdən sonra onu rəisin otağına gətirdilər. Oğlan içəri girəndə sanki çəkisizlik şəraitində idi. Təxminən 10 dəqiqə onun sifətinə baxdım və sakit tərzdə,- "necə qıydın 83 yaşlı bibinə?! Bibinə yox ey, anana?! Anana yox ey, sənə anadan da artıq baxan qadına?!". Oğlan əlləri ilə üzünü tutaraq:- Mən yox, mən yox, deyərək dizi üstə çöküb hönkürdü. Ona hər şeyi olduğu kimi doğru-dügün danışmağı tövsiyə etdim və oğlan danışmağa başladı.Onun danışdıqlarından aşağıdakılar məlum oldu.
Tahirə Qəhrəmanova övladı olmadığına görə qardaşı oğlu İlqarı 6 yaşından götürüb,balası kimi saxlayır. Oğlunu evləndirdikdən sonra gəlini Zenfira ilə aralarında tez-tez narazılıq olur . Zenfira dəfələrlə acıq edib atası evinə gedirmiş. Axırıncı dəfə 1995-ci il martın 22-də saat 10 radələrində qızı Zenfiranın ağlaya-ağlaya atası evinə gəlməyindən qəzəblənən Asif Adıgözəlov münaqişənin səbəbini araşdırmaq və ona birdəfəlik son qoymaq üçün qonşuluqda yaşayan qudası Tahirə arvadla söhbətə gedir. Əsəbini boğa bilmədiyi üçün burada onun ixtiyar qoca ilə bərk mübahisəsi düşür. O, qızını nahaqdan incitdiyini, mütəmadi dalaşaraq Zenfira ilə amansız rəftar etdiyini, tez-tez cavan gəlini evdən qovduğunu qayınanaya bildirir. Qadın A.Adıgözəlovun dediklərinin heç birini qəbul etmək istəmir və gəlini barədə bütün iradlarını qızın atasına çatdırır. Lakin ata bunlarla razılaşmır və 83 yaşlı qoca qadının evdə tək və kimsəsiz olmasından istifadə edib iki əli ilə boğazından tutub boğaraq qəsdən öldürür.
Hadisədən çox az sonra evə daxil olan Zenfira qayınanasını döşəmədə hərəkətsiz qalmış vəziyyətdə görüb nə hadisə baş verdiyini atasından soruşur. A.Adıgözəlov qızına qəzəblənərək meyidi döşəmədən qaldırıb çarpayıya qoymaqda ona kömək etməsini tələb edir. Özünü itirmiş Zenfira məcburiyyət qarşısında qalaraq atası ilə birgə meyidi döşəmədən götürüb çarpayıya uzadır.Bu zaman kürəkən içəri girib hadisəni görüb bərk həyəcanlanır.Lakin qayınata kürəkəni sakitləşdirir və hər üçü köməkləşib meyidi arxa otağa aparırlar.Burada A.Adigözəlov qızına və kürəkəninə bərk-bərk tapşırır ki,bu hadisəni bilən olsa sizi də tutacaqlar.Bundan sonra çirkin əməlin ikinci hissəsi başlanır. Saat 23 radələrində A.Adıgözəlov özünə məxsus"T-28"markalı traktorun qoşqu hissəsinə lom və bel qoyaraq hadisə yerinə gəlir.İlqarla birlikdə meyidi gətirib qoşquya qoyurlar.Gecə vaxrı gözü yaxşı görmədiyinə görə oğlu Vasifi çağırtdırır. Oğluna lafetdəki yükü aparıb "Quş dağı" deyilən yerə boşaltmaq üçün traktoru idarə edəcəyini bildirir.Vasif lafetdəki yükün nə olmasından xəbərsiz halda danışıqsız atasının sözünə əməl edir və traktorun sükanı arxasına keçir. İlqar Qəhrəmanov kabinada, Asif Adıgözəlov isə lafetdə deyilən yerə yollanırlar. S.Vurğun adına kolxozun 31 nömrəli qışlaq-otlaq sahəsindəki el arasında "Quş dağı" adlanan kimsəsiz əraziyə çatanda Asif Adıgözəlov traktoru saxlatdırır. Lafetdəki alətləri yerə atıb oğluna və kürəkəninə torpağı qazmağı tapşırır.Bax, burada Vasif atasının tutduğu işdən xəbərdar olur və hadisədən bərk sarsılır. Ancaq, bu dəfə ata oğlunu da sakitləşdirir və dilini dinc saxlamasını əmr edir.
Törədtdiyi cinayəti ört-basdır etmək üçün A.Adıgözəlov hadisədən sonra Bakı şəhərinə gedir. Sabunçu vağzalının yaxınlığındakı poçt rabitə məntəqisndən yaşadığı Xoylu kəndinə-kürəkəni İlqarın adına teleqrama vurub güya anasıTahirənin Bakıda oldğunu xəbər verir.
Səhəri gün İlqar meyidin basdırıldığı yeri göstərdi.Ekspertin iştirakı ilə apatılan müayinə zamanı torpağın altından insan skeletinin sümüklərinə aid natamam kəllə,kicgah,almacıq,çənə,alın və fəqərə sümükləri aşkar edildi.Məhkəmə tibb ekspertizası müəyyənləşdirdi ki,natamam kəllə skleti ilə alt çənə sümüyü qadın cinsinə aiddir.Sümüklərin anatomoji-morfoloji əlamətlərinə görə şəxsin yaşı 70-dən yuxarıdır.Meyidin boyunun hündürlüyü təxminən 158-159 sm müəyyən edildi.Hadisə yerində aşkar edilmiş cındır hissələri,rəngi,materialların lif tərkibləri də müəyyən edildi.Dərhal CM-nin 95-ci maddəsi ilə(Qəsdən adam öldürmə) cinayət işi başlandı.İşin istintaqı prokurorluğun müstətiqi Hikmət İsmayılova tapşırıldı.İş üzrə istintaq- əməliyyat qrupu təşkil olundu.Asif Adıgözəlov təqsirini etiraf eməsədə barəsində CPM-nin 167-ci maddəsi ilə (İttiham elan olunmadan həbsəalma) həbs qətimkan tədbiri seçildi.İlqar və Zenfira Qəhrəmanovlar həmçinin, Vasif Adıgözəlov etirafedici ifadələr verdilər.Nəhayət 10 sutka tamamında Asif təkzibedilməz sübutlar qarşısında təqsirini etiraf etdi.Ona CM-nin 95-ci maddəsi ilə ittiham elan olundu.
İlqar Qəhrəmanovun, Zenfira Qəhrəmanovanın və Vasif Adıgözəlovun ərizələrini, ailə vəziyyətlərini, himayələrində azyaşlı uşaq olmasını nəzərə alaraq və Respublika Günü münasibətilə Mülli Məclisin qərarı ilə verilmiş 1996-cı il 22 may tarixli amnistiya aktının 1-ci maddəsinin 7-ci bəndinə əsasən işin onların haqqında CM-nin 187-ci maddəsinin 1-ci hissəsi ilə (Cinayətləri gizlətmə) olan hissəsinə xitam verildi.
Məhkəmənin hökmü ilə müttəhim Azif Adıgözəlov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95-ci mddəsi ilə təqsirli bilinərək cəzasını möhkəm rejimli islah əmək koloniyasında çəkməklə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildi. Tahirə Qəhrəmanova məzarda daha rahat uyuya bilərdi. Gec də olsa - 4 ildən sonra onun qanı yerdə qalmadı. Analoqu olmayan cinayətin qatili öz layiqli, sərt cəzasına çatdı.
İlin yekunu ilə əlaqədar keçirilən kollegiya iclasında Baş Prokuror Eldar Həsənov çıxışında 4 il əvvəl baş vermiş ağır cinayətin açılmasını və təqsirkarın layiqli cəza almasını xüsusi vurğuladı. Daxili İşlər Nazirliyinin kollegiyasında nazir Ramil Usubov da Goranboy RPŞ-nin əməkdaşlarının müsbət fəaliyyətini qeyd edib,bir neçə əməkdaşı mükafatlandırdı.
Əlbəttə, əvvəlki illərdən bağlı qalan cinayətlərin acılması həmişə yüksək qiymətləndirilib.Hətta 10-15 il bağlı qalan cinayətlərin üstü açılıb,təqsirkar şəxslər layiq olduqları cəzaya çatdırılıb. Bu işin qeyri adiliyi ondan ibarətdir ki, hadisə barədə hüquq-mühafizə orqanlarına heç bir ərizə, şikayət,operativ məlumat daxil olmamışdı.Başqa sözlə, qətlin izi yox idi.Ona görə də mən bu cinayətin aşkar edilməsini prokurorluq fəaliyyətimin ən böyük uğuru hesab edirəm.

Avtoritet

Zaqatalada "M" adlı avtoritet var idi. Onunla bir dəfə görüşmüşdük. 1992-ci ildə CM-nin 143-cü maddəsinin 2-ci hissəsi ilə (oğurluq) ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilmiş 18 yaşlı oğlunun haqqında qəti-imkan tədbirinin dəyişdirilməsi ilə əlaqədar mötəbər yoldaşlarla yanıma xahişə gəlmişdi. Qətimkan tədbirini dəyişmədiyimdən məndən narazı ayrılmışdı.
1993-cü ildə Zaqatalada stabilliyin qorunmasında oda fəal iştirak edirdi. (Bax. "Zaqatala müdriklər diyarı"). Hətta başqa bölgələrdən Zaqatalaya gəlib "razborka" aparmaq istəyən cinayətkar elementləri rayondan qovlamışdı. Yaraqlılar bir neçə polis işçisini tərkisilah edəndə onların xidməti silahını Gürcüstan Respublikasından tapıb gətirmişdi. Ölkədə stabillik yaranandan sonra da "M" necə deyərlər, at oynadırdı. 1994-cü ilin may ayında bir sovxoz direktorunu köməkçiləri ilə birlikdə "QAZ 24" markalı maşının baqajına qoyaraq Danaçı meşəsinə "razborka"ya aparmışdı. Direktorun şikayəti əsasında CM-nin 145-ci maddəsi ilə (quldurluq) cinayət işi başlandı.
Həmin gün axşam məsələnin sülh yolu ilə həll edilməsi üçün yanıma bir neçə mötəbər ağsaqqal gəldi. Təbii ki, mən razılaşmadım. Səhərisi gün müstəntiq məlumat verdi ki, direktor ifadə vermir, barışmaq istəyir. Rayon İH-nin başçısı Rəfael Məcidovun yanında direktorla görüşdük. O, bizə bildirdi ki, ağsaqqallar onları barışdırdığı üçün şikayətindən vaz keçir. Onunla kəskin söhbətim oldu:
- İstintaq zamanı hadisə barədə doğru-düzgün ifadə verməsən, maliyyə-təsərrüfat fəaliyyətini yoxlayıb haqında cinayət işi başlayıb, səni həbsə alacağam.
Direktor könülsüz də olsa razılaşdı. O, mənim iştirakımla hadisə yerinə çıxarıldı. Bütün istintaq hərəkətləri videoya çəkildi. "M" istintaqdan qaçıb gizləndiyində görə haqqında axtarış elan olundu. Bir neçə aydan sonra rayona yeni təyin olunmuş RPŞ-nin rəisi Əmiralı Dəmirov tərəfindən tutularaq istintaq orqanına təhvil verildi.
"M" məhkəmənin hökmü ilə CM-nin 145-ci maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edildi.
Ali Məhkəmə kassasiya şikayətinə əsasən "M"-nin əməlini CM-nin 146-cı maddəsinə (hədə-qorxu ilə tələb etmə) tövsif edərək üzərində 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxladı.
Çox təəsüf ki,"M" bir ildən sonra qayıdıb gəldi və qısa müddətdən sonra onun qanunsuz və xüsusi azğınlıqla fərqlənən hərəkətləri ucbatından özü ilə birlikdə beş nəfərin ölümü, bir nəfərin ağır yaralanması, bir nəfərin ağır cinayət törətməsi ilə nəticələnən qanlı faciyə baş verdi.
Ölənlərin hamısı "M"-in yaxın dostları idi. Onların arasında Qarabağ döyüşlərində bərkdən-boşdan çıxmış, rayonların birində polis rəisi vəzifəsində işləyən mayor-rütbəli şəxs də var idi.
Haşiyə: Sovxoz direktrou ilə olan hadisədən əvvəl "M" qardaşı üçün möhtəşəm toy etmişdi. Toyda vəzifəli şəxslər,o çümlədən, hüquq -mühafizə orqan işçiləri oynamaq və pul xərcləmək üçün yarışa girmişdilər.
"M" həbsə alınandan sonra müstəntiq onu dindirmək üçün Bayıldakı 1 nömrəli istintaq təcridxanasına getmişdi. O, qayıdandan sonra danışırdı ki, "M"-nin saxlandığı kamera mənim kabinetimdən yaraşıqlı və işıqlı idi. "M" onu ən bahalı konfetlərlə çaya qonaq edətkən demişdi ki, prokuroruna salam söyləyərsən və bildirərsən ki, darıxmasın tezliklə görüşəcəyik.
İndi sual olunur, "M"-ə havadarlıq eləyib, bir ildən sonra həbsdən qurtaranlar haqlı idi, yoxsa güzəştə getməyən prokuror?

Məhkəmədə
qanundan yan keçmə

Bəzən insanın daxili aləmi ilə qanun uzlaşmır. Belə halda nə etməlisən? Mənim iştirakımla keçirilmiş məhkəmə proseslərində baş vermiş iki hadisəni danışmaq istəyirəm.
1979-cu ilin əvvəllərində Ali Məhkəmənin qocaman və məhşur hakimlərindən Əli Məmmədovun sədrliyi ilə Aqil adlı şəxsin CM-nin 109 maddəsinin 3-cü hissəsi ilə (yetkinlik yaşına çatmayanı zorlama) təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə baxışında dövlət ittihamını müdafiə edirdim.
İşin qısa məzmunu: Masallı rayonunun dağətəyi kəndlərinin birində 20 yaşlı Aqil adlı şəxs həmkəndlisi 17 yaşlı Sona ilə sevişir və bir neçə dəfə yaxınlıqları olur.(Adlar şərtidir).Sonanın hamiləliyindən şübhələnən anası qızını Aqilin atası evinı göndərir.İki gündən sonra Sonanı evdən qovlayırlar.Bundan sonra şikayətlər başlayır.Prokurorluğun müstəntiqi Kərim Məmmədov CM-nin 127-ci maddəsi ilə (Nigah yaşına çatmayan şəxslə nigah münasibətinə girmə) cinayət işi başlayaraq Aqilə həmin maddə ilə ittiham elan edib, barəsində həbs qətimkan tədbiri seçir.
(ardı olacaq)