adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
20 Dekabr 2018 09:42
8305
MƏMLƏKƏT
A- A+

Bu yollarda sürət həddi aşağı salındı

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ şosesi - Hava Limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə Adalet.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilib ki, məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Agentlik sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edir: "Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik".