adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
19 Dekabr 2018 17:41
7944
MƏMLƏKƏT
A- A+

Ədliyyə işçiləri üçün yaşayış binası tikiləcək

Ədliyyə orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, vəzifələrinin nümunəvi icrasının qiymətləndirilməsi və fəaliyyətinin stimullaşdırılması ilə bağlı tədbirlər görüləcək.

Adalet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda bildirilib.

Proqramda qeyd olunub ki, Ədliyyə orqanları işçilərinin mənzilə olan ehtiyacının güzəştli şərtlərlə təmin edilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması üçün maliyyə imkanları nəzərə alınmaqla, mənzil kooperativi yaradılacaq və yaşayış binası inşa ediləcək.