adalet.az header logo
  • Bakı 17°C
26 Dekabr 2018 10:29
20293
MARAQLI
A- A+

Yer üzünün ən qədim peşəsi

Peşə də adlandıra biləcəyimiz şamanlıq dünyada ən qədim insan fəaliyyəti sahəsidir.

Adalet.az xəbər verir ki, bu barədə "Phys.org” saytında tədqiqat xarakterli material dərc olunub.

Qədim qəbilələrdə şamanlar hava şəraitinə, ov zamanı uğur əldə olunmasına və xəstəliklərin müalicəsinə nəzarət ediblər. Qamlar bu cəmiyyətdə xüsusi hörmət və ehtiram sahibi olan sinif təşkil edib.

Tamhüquqlu şaman olmamışdan əvvəl şəxs bir çox uzunmüddətli və çətin prosedurlardan keçməli idi. Bu ayinlər qəbilənin digər üzvləri ilə bu şəxslərin arasındakı fərqlərini müəyyənləşdirir və şamana sehr fəaliyyətini icra etmək hüququ verirdi.

Alimlərin sözlərinə görə, qəbilənin digər üzvlərinin öhdəlikləri barədə heç bir baryer olmayıb və istənilən üzv digər işləri də görə bilərdi. Şamanlar isə qəbilənin digər bütün üzvlərindən fərqli olaraq seçilir, mərhələləri keçir, ayinlər icra olunur və qəbilədən imtiyazlar əldə edirdilər.

Qeyd edək ki, şamanizm türk dünyagörüşünə aiddir.