adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
19 Dekabr 2018 13:42
5903
GÜNDƏM
A- A+

“İraq Hava Yolları”nın Azərbaycanda filialı açıldı

"İraq Hava Yolları” aviaşirkəti Azərbaycanda öz filialını açıb.

Adalet.az bu barədə Vergilər Nazirliyinin "Vergilər” qəzetinə istinadən məlumat verir.

Məlumata əsasən, filial 2018-ci il oktyabrın 30-u Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində qeydiyyata alınıb.

Şirkətin rəsmi nümayəndəsi İraq vətəndaşı Əbdülkərim Əhməddir.

Qeyd edək ki, "İraq Hava Yolları” 1945-ci ildə yaradılıb və Yaxın Şərqin ilk aviaşirkətlərindəndir.