adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
19 Dekabr 2018 13:09
5599
HADİSƏ
A- A+

Bakıda qəza törədən qadın sürücü ölüb

Dekabrın 18-də saat 22 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində qəsəbə sakini Gülarə Qəbulova idarə etdiyi "Nissan” markalı avtomobili yolun kənarında dayanmış həmyerlisi Asəf Abdinova məxsus "MAN” markalı avtomobilin qoşqusuna vurub.

DİN Mətbuat Xidmətindən Adalet.az -a verilən məlumata görə, nəticədə sürücü hadisə yerində ölüb. Binəqədi rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.