adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
19 Dekabr 2018 12:54
6139
GÜNDƏM
A- A+

Azay Quliyev Milli Platformaya seçimlərdəki ədalətsizliyi tənqid etdi

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Avropa İttifaqının dəstəklədiyi Vətəndaş Cəmiyyəti Forumunun Milli Platformasına üzv seçimləriylə bağlı ədalətsiz qaydaya münasibət bildirib.

Adalet.az-ın məlumatına görə, deputat deyib ki, Avropa İttifaqının dəstəklədiyi Vətəndaş Cəmiyyəti Forumunun Milli Platforma üzv seçimləri üçün tələb olunan 3 səsin 2-ni Brüsselin müəyyən etməsi doğru deyil:

"Bu cür qeyri-demokratik və ədalətsiz seçim qaydası dəyişdirilməli, ölkələrə istədikləri namizədi Platformaya seçmək imkanı verilməlidir".