Ramil Usubovun təyin etdiyi yeni rəis kimdir?
Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinin rəis müavini, polis mayoru Rza Əliyev vəzifəsindən azad olunub.
Adalet.az xəbər verir ki, daxili işlər naziri Ramil Usubovun müvafiq əmri ilə Rza Əliyev Xətai rayon Polis idarəsinin 36-cı polis bölməsinin rəisi təyin edilib.
Qeyd edək ki, Rza Əliyev ədliyyə nazirinin müavini, general-leytenant Məhərrəm Əliyevin və deputat Adil Əliyevin bacısı oğlu, Daxili İşlər Nazirliyi katibliyinin rəisi, polis general-mayoru Səfər Əliyevin isə qardaşı oğludur.