adalet.az header logo
  • Bakı 11°C
19 Dekabr 2018 12:44
6282
GÜNDƏM
A- A+

Qubernator Heydər Əliyevin məzarını ziyarət edib

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru vəzifəsini icra edən Sergey Morozovun başçılıq etdiyi nümayəndə heyəti dekabrın 19-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Daha sonra qonaqlar dünya şöhrətli müğənni, SSRİ Xalq artisti Müslüm Maqomayevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyublar.