Ermənistanda kişi yoxdur – Ayxan Ayvaz yazır...

24388 | 2018-12-19 12:17


Eşitdim ki, Ermənistandada bir qız həngamə qoparıb. 


Yazıb:

"Bizim heç qəhrəmanımız olmadı. Ermənistandakişi yoxdur".

Yarım saat içindəölkə bir-birinə dəyib. Ard-arda muncuq tək şərhlər düzülüb:

"Səninhumanist.. (söyüş)"

"Kişi lazımdı sənə?İstəyirsən göstərim kişini".

"Bizə azərbaycanlılarbaxır. Diqqətli olmaq lazımdı".

"Yekə qızsan,danışığına fikir ver".

"Düşmən dəyirmanınasu tökmə".

"Kişi yoxdurdemək nədir? Başına at təpib?"

Hərdən-hərdən qızımüdafiə edənlər də seyrək ot misalı ortaya çıxmaqda:

"Nə düşmüsünüzüstünə? Haqlıdır da."

"Bir az düşünəndə,görürsən ki, doğru məqamlara toxunub".

"İndi fikriniyazıb deyə, söyməlisiniz?"

"Bir bunların şərhlərinəbax. Söymək erməniyə yaraşmaz".

Məsələböyüyüb-böyüyüb fil boyda olub. Erməni qızının asılmağını istəyən kim, həbsədüşməyini tələb eləyən kim. Ermənistan televiziyası bu mövzuya gündə üç veriliş ayırıb. Qızın üstü qırmızılanmış şəkilləri insanların əlində Yerevan küçələrindədolaşıb. Hətta onun türk olmasını deyənlər də tapılıb.

Bütün bunlardansonra qız vəziyyəti düzəltmək üçün yekə bir izah yazıb. Deyib ki, mənim fikrimiyanlış anlamayın. Mən əslində "əksəriyyəti"ni nəzərdə tutmuşam. Əgərbütün erməni kişilərini nəzərdə tutsaydım, axmaq olardım. Və əlavə edib:"Məni yanlış anlayıb üstümə düşməyin. Mən Ermənistanda belə bir kütləninolduğunu görüb, sadəcə təəssüfləndim. Axı biz Qərb təfəkkürlüyük, gərək Şərqliolmayaq. Fikrimi yanlış anlayanlara izahı verdim. Yenə də səhv anlaşılmışamsa,üzr istəyirəm. Bütün qəhrəmanlarımızdan, şəhidlərimizdən, kişilərimizdən üzristəyirəm".

Bu izahatdan sonrabir neçə sosial şəbəkə nümayəndələri qızı ələ salmağa başlayıb:

"Azərbaycanlılardemiş, o ki qorxurdun pişikdən, niyə çıxırdın deşikdən?"

"Gərək sonuna qədərvuruşardın".

"Üzr istəyəcəkdinsə,niyə o boyda həngamə yaradırdın?"

"Ermənistanın əngözəl mebel salonu" - şərhlər çox olduğundan bir istifadəçi tezbazar ostatusun altına reklam yerləşdirmişdi.

Qız çarəsizqalıbmış, bilməyibmiş başına haranın daşını vursun. Sonra qərara alıb ki, bir dəfikirlərini bildirməsin. Ya da fikirlərini elə qələmə alsın ki, hamı onun tərəfindədursun. Və bu minvalla qız Ermənistanın qəhrəmanlığı, ucalığı haqqında ard-ardastatuslar paylaşaraq xalqının rəğbətini qazanmışdır. Hətta deyilənə görə,hazırda "Vətənpərvər erməni" qəzetinin baş redaktoru işləyir.

TƏQVİM / ARXİV