adalet.az header logo
  • Bakı 7°C
19 Dekabr 2018 12:07
13212
DÜNYA
A- A+

Braziliyada bir gecədə 600-dən çox ev yandı

Bu gecə Braziliyanın Manaus şəhərində kasıbların yaşadığı məhəllədə çıxan yanğın nəticəsində taxtadan tikilən 600-dən çox ev yanaraq kül olub.

Adalet.az "France-Presse” agentliyinə istinadən xəbər verir ki, Amazonas ştatının İctimai Təhlükəsizlik Xidmətinin rəsmisi Amadeu Soares yanğının mətbəxdə yemək bişirilən səsli qazanın partlaması nəticəsində baş verə biləcəyini ehtimal edib.

Qısa müddətdə böyük bir əraziyə yayılan yanğında ölən olmasa da, 4 nəfərin yaralandığı bildirilib. Yanğın nəticəsində 2 mindən çox insan yaşadığı yerləri tərk etmək məcburiyyətində qalıb. Hadisənin dəqiq səbəbinin aşkarlanması üçün istintaq aparılır.