adalet.az header logo
  • Bakı 7°C
19 Dekabr 2018 11:12
13904
DÜNYA
A- A+

ABŞ Türkiyəyə “Patriot” satışına icazə verdi

ABŞ Dövlət Departamenti Türkiyəyə 3,5 milyard dollar dəyərində "Patriot” hava hücumundan müdafiə sistemlərinin avadanlıqlarla birlikdə satışını nəzərdə tutan mümkün sazişin imzalanmasına razılıq verib.

Adalet.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Pentaqonun müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq üzrə Agentliyinin yaydığı məlumatda deyilir.

Pentaqonun məlumatında vurğulanıb: "Türkiyə "Patriot” sistemlərindən özünün raket hücumundan müdafiə potensialını gücləndirmək, ərazi bütövlüyünü qorumaq və regional təhdidlərin qarşısını almaq üçün istifadə edəcək”.

Həmçinin qeyd olunub ki, "Patriot” sistemlərinin satışı türk hərbçilərinin "düşmən təcavüzündən qorunmaq qabiliyyətini və Türkiyənin NATO üzrə müttəfiqlərinin müdafiə imkanlarını artıracaq.”

Xatırladaq ki, Ankara 20 raket buraxılış qurğusu və 80 raketilə birlikdə 4 ədəd "Patriot” hava hücumundan müdafiə kompleksinin alışı üçün ABŞ-a müraciət etmişdi. Vaşinqton bu sistemlərin satışına öncə icazə verməyib, daha sonra isə yüksək məbləğ tələb edib. Lakin Ankaranın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini almaq qərarı ABŞ-ın fikrini dəyişib.