adalet.az header logo
  • Bakı 7°C
19 Dekabr 2018 10:37
9374
GÜNDƏM
A- A+

Kərim Vəliyev Türkiyənin ordu generalı ilə görüşüb

11-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclasında iştirak etmək üçün Türkiyədə səfərdə olan Müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Baş Qərargahının rəisi ordu generalı Yaşar Gülər ilə görüşüb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Adalet.az -a verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri, həmçinin hər iki ölkənin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.

General-leytenant K.Vəliyev Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun salamlarını Türkiyə Baş Qərargahının rəisi ordu generalı Y. Gülərə çatdırıb və səmimi qəbula görə ona təşəkkürünü bildirib.