Dilim-dilim olmuş dilim

HİDAYƏT ELVÜSAL
33749 | 2018-12-18 19:11

Və məsələ çox mürəkkəbdir, bacoğlu. Vaxt var idi rusca bilməyənlərə yuxarıdan aşağı baxırdılar (əslində indi də belədir). "Uje" bu dili bilməyənlər "prosto" layiq olduqları vəzifəyə həsrət qalırdılar. Hələ rəhmətlik Nəsibə xanım demişkən, ad da qoymuşdular - çuşqa...
Yadımdadır ki, yaşlı-başlı vəzifə adamları müəllim çağırıb, rusca öyrənirdilər, öz dilimizdən "otqaz" eləmişdilər. Danışmağı, yazmağı mənimsəyirdilər. Günlərin birində SSRİ dağıldı və...
Yenə də dilimizi rahat qoymadılar, bacoğlu. İndi də... ingilis dili bu ölkədə tüğyan edir. Bəzi şirkətlər, restoranlar, dükanlar, əyləncə mərkəzləri, otellər... ingiliscədir. Bunu filan şirkətin ölkəmizdəki yeganə "destrübüteri" də təsdiq edir. Orada bir xanım var. Onun "aurası" adamın canını alır. Amma çox səmimidir, heç bir "kompleksi" yoxdur.
Yox, bacoğlu, mən demirəm ki, öz dilimizə "fransız" qalmışıq. Niyə fransız qalaq ki. Düzdür, indi ay əm spik inqliş. No prosto, kak tebe skazat mod düşüb e, mod. İnd idə ingiliscə bilməyənlərə... deyirlər.
Telekanallar... Sən heç "Praym şok"a baxırsanmı? "106 hauz"a necə baxmışdınmı? "Stant ap"a necə? Danaya, Tolikə, Sayqaya... münasibətin necədir?
Hə, necə ki, yadımdadır, xatırladım sizə. Bu, "Xırdalan" pivəsinin zavodu-filanı yenidən qurulanda fransızlar bizimkiləri işlədirdilər. Və günlərin birində fəhlələrin bir neçəsini qovdular. Niyə, bilirsənmi, bacoğlu? ...Azərbaycanda, ölkənin paytaxtında, iş yerində... azərbaycanca danışmışdılar. Vot, tebe na! Ruslara şükür, qovmurdular, uzaq başı gülürdülər.
Bıy, sendemi şuradasan, arkadaş? Abi, yaa, yapma kurban olayım. Şu sözlərim seni kapsamaz. Biz kardəşiz. Qaliba duşmanlarımız bundan rahatsız. Amma onların cehenneme kadar yolları var. Bak, biz size petrol, siz bize şarkı. Na kadar güzel bir iş, ne mutlu bize. Ane annam söyledi ki, kız kardeşin neyapıyor? Dedim ki, döner yeyir. O da çok mutlu oldu. Amcam da, kuzenim de. Mersi. Pardon! Nervanım açıq. Olsun! PKK-dakı və İrevandakı ermeniler biliyorlar - bir gün ansıza başlarının üstünde olacağız.
Və... bacoğlu o gün Azərbaycanın paytaxtında "Erməni dilinin qrammatikası" mövzusunda zırpı bir tədbir keçirildi. Sən "hayeran asqanimes?" Yox? Mən də ermənicən başa düşmürəm. Bu sözləri bir oralı soydaşımızdan öyrəndim. İndi deyirlər ki, düşmənin dilini öyrənmək lazımdır. Mən də belə deyirəm. Amma düşmənin dilinə toy-bayramla, zurna-balabanla, az qala toya yığışmışlar kimi təmtəraqlı tədbir keçirməzlər axı.
Bacoğlu, ermənicə də...
Və mən deyirəm ki, dilimizə dəyməyin. Mala-pula görə belə siyasi havada havalanıb göylərə qalxmayın, beyniniz çönər - havalanarsınız, dəlixanaya salarlar ki, havanız alınsın və elə hava çalarlar ki, gah ingiliscə, gah rusca, gah da... lənət şeytana.
Ermənicə doğrudan bilmirsən?
Bax-bax-bax! Bütün özəl telekanallarımız yenə reklamı göstərir və deyir ki...
- Yerfındığı fantastik, əyləncəsi bombastik!
Vot! Pliz qiv may best riqaz tu yö... xanım rəhbərlərinə və reklam patronlarına.
Öyrən görək, ermənicə də bilirlər?!
Elə belə deyirəm - mırta...

TƏQVİM / ARXİV