adalet.az header logo
  • Bakı 7°C
19 Dekabr 2018 10:05
12715
ƏDƏBİYYAT
A- A+

Şairə Nurəngiz Günün 80 illiyi qeyd ediləcək

Dekabrın 19-da Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Musiqili Teatrda şairə Nurəngiz Günün anadan olmasının 80 illiyinə həsr olunmuş tədbir keçiriləcək.

Mədəniyyət Nazirliyindən Adalet.az-a bildirilib ki, tanınmış ədəbiyyat və incəsənət xadimlərinin qatılacağı tədbirdə Nurəngiz Günün həyat və yaradıcılığından, Azərbaycan ədəbiyyatına töhfələrindən danışılacaq. Həmçinin, sevilən müğənnilərin ifasında şairin sözlərinə bəstələnmiş mahnılar səsləndiriləcək.

Qeyd edək ki, ədəbiyyata "Tanrı” povesti ilə gələn Nurəngiz Günün şeirlərində qəm və kədər notları üstünlük təşkil edib. Şeirlərindəki həmin motivlər, təbii ki, xalqımızın başına gətirilən müsibətlərdən qaynaqlanırdı. 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Qarabağ dərdi şairin yaradıcılığında yeni bir səhifə açmışdı. Onun "Xocalı simfoniyası” bu mövzuda yazılmış ən təsirli əsərlərdən biridir.