adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
18 Dekabr 2018 16:39
79009
AVTOMABİL
A- A+

Bu il ölkəyə 22714 avtomobil idxal olunub

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana idxal olunan avtomobillərin sayı 22 min 714 ədəd olub.

Dövlət Gömrük Komitəsindən Adalet.az -a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 235 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 20 min 429 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1938 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 112 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.