FAİQ QİSMƏTOĞLU: GÜN İŞIĞI VƏ YARASALAR

FAİQ QİSMƏTOĞLU
48233 | 2018-12-19 10:09

Deyirlər ki, dünyadagün işığından ən çox xoşu gəlməyən yarasalardı.Çünki yarasalar ancaq gecə vaxtı hərəkətəgəlir, uçur və istədiklərinə nail olurlar. Elə ki gün işığıçıxır, elə ki hər tərəf nura boyanır,bax onda bir belə yarasa tapmaq olmaz. Ən azından ona görə ki, yarasaların günü də, işığı da başqa bir şeydi: yəni onların arzuladığı qaranlıqdı,zülmətdi , gecədi…

İndi də bizim cəmiyyətdə sanki savadlı, ziyalı , təmizadamlara qarşı bir təpgi var. Elə ki bir savadlı adamı məclisdəgörürlər, onun şirin söhbətlərinəqulaq asırlar, dinləyirlər və özləriniçox rahat hiss edirlər. Ancaq məclisdəhər hansı istedadlı bir ziyalınınsavadlı, elmli söhbətindən narahat olanlar da var. Çünki savadlı, işıqlı və elmli adamlarıheç vaxt idarə etmək , loru dildə demiş olsaq, başına çatı salıb fırlatmaq mümkün deyil.

Bu yaxınlarda «Space»telekanalında istedadlı jurnalist Elçin Əlibəylinin çox maraqlı, maarifləndirici və işıqlı bir verilişinə baxdım. Sözün açığı, bu cür səpgili verilişlərAzərbaycan teleməkanında, xüsusən də özəl kanallarda çox azdır. Elçin Əlibəylinindediyi bir söz heç vaxt yadımdan çıxmaz: «Cəmiyyət ziyalıdanqorxur». Həqiqətən də belədir. Çünki bu gün cəmiyyət düz söz deyən, haqqı-ədaləti hər şeydən üstün tutan, heç kimə əyilməyən ziyalıdanqorxur. Xüsusən də cəmiyyətin yüksəkranqında vəzifə tutan savadsız, cahilvə qanında türk qanı olmayanşəxslər bu cür ziyalılardan daha ehtiyatlanırlar. Çünki onlar məddah deyil,yaltaqlıq eləmir və kiminsə aftafasını götürmür.Amma bu o demək deyil ki, yuxarı təbəqədəziyalını xoşlamayan adam yoxdur. İstəyir yuxarı, istəyir orta və istəyir də aşağı təbəqədə işıqlı, nurlu , ziyalı adamları sevənlər var. Amma gəlin onunla razılaşaq ki, bunlar çox azdır.

Ziyalılıq, işıqlılıqvə nurluluq insana bir istedad kimi bəxş edilir.Əsl ziyalının başını kəssən, dərisini soysan beləheç vaxt ağa qara deməz. Əsl ziyalı heç vaxtvətəninə, xalqına, dövlətinə, millətinəxəyanət etməz. Əsl ziyalı heç vaxt başqasının halal haqqını,isti çörəyini, duzunu, suyunu əlindən alıbbasıb yeməz.

Gəlin düz söz deyən, haqqı, ədaləti hər şeydən üstün tutan, heç kimə, heç kəsə əyilməyən, elmi, savadı və kişiliyi önə çəkənziyalıları qoruyaq və sevək! Bu gün belə ziyalılarölkədə kifayət qədərdir, dolanışıqlarıda bir o qədər də yaxşı deyil. Onlar sıxıntı yaşayırlar, ehtiyac içindədirlər və yenə kiminsəyanında ağrısını, acısını və ehtiyacını dilə gətirməz. Heç nəyidilə gətirməyən, əyilməyənziyalını isə heç kim susdura bilməz.Çünki o, həmişə haqq-ədalətə sığınıb və düz yol tutub.

Və bir də ziyalıgün işığı kimi bir şeydir. Kim nə qədər istəsədə qara bulud kimi onun qarşısını bir anlıq alsa da, amma o gün işığı yenə oqara buludun arxasından çıxacaq, dünyanı,cəmiyyəti öz nuruna boyayacaq...


TƏQVİM / ARXİV