adalet.az header logo
  • Bakı 7°C
19 Dekabr 2018 16:51
10473
SAĞLAMLIQ
A- A+

Naringinin heyrətamiz faydaları

Türkiyəli dieotoloq həkim Müzəyyən Çelik naringinin tərkibində A, B, C vitaminləri, kalsium, lif, kalium, dəmir, fosfor kimi faydalı elementlərin olduğunu deyib.

Adalet.az xəbər verir ki, o, naringinin insan səhhəti üçün 10 faydasından danışıb:

1. Tərkibindəki zəngin C vitamini immuniteti gücləndirir.

2. B vitamini sayəsində bədəndə yeni hüceyrələrin əmələ gəlməsini dəstəkləyir.

3. Tərkibindəki folat sayəsində ağciyər, döş, yemək borusu, mədə kimi orqanlarda xərçəng xəstəliyi yaranmasının qarşısını alır.

4. Pektin maddələri vasitəsilə uzun müddət toxluq hissi yaradaraq iştahı nəzarətdə saxlayır.

5. Qan təzyiqini normada saxlayaraq ürək tutması riskini azaldır.

6. Osteoparozun (sümük əriməsi) qarşısını alır.

7. Yaraların sürətli şəkildə sağalmasını təmin edir.

8. Müxtəlif ərzaq məhsullarının tərkibindəki dəmirin qana qarışmasını sürətləndirir.

9. Gözdə katarakt yaranmasını gecikdirir.

10. Şəkərin qalxıb-düşməsini tənzimləyir.

M.Çelik həmçinin bildirib ki, naringi yüksək miqdarda yeyildikdə insan səhhəti üçün zərərlidir:

"Geniş məsaməli naringilər daha tez maye itirdiyi üçün bazardan alındıqdan sonra 2-3 gün müddətində yeyilməlidir. C vitamini suda daha asan əridiyi üçün bədəndən atılır. Buna görə də yüksək miqdarda yeyilən naringi ilə 2 ədəd naringi bədəni eyni həcmdə vitaminlə təmin edir. Həddindən çox yeyildikdə həssas orqanizmlərdə bədəndə qızarma, səpgi kimi allergik reaksiyalara, diabet xəstələrində şəkərin yüksəlməsinə səbəb olur. Naringini yeməzdən əvvəl tumlarını atmaq lazımdır. Əks halda kor bağırsağın tutulmasına səbəb ola bilər”.