adalet.az header logo
  • Bakı 20°C
18 Dekabr 2018 14:31
36931
MƏDƏNİYYƏT
A- A+

Günay Əhməd intihara cəhd etdi


"Həmin anlarda çox qorxdum”.

Bu sözləri ARB telekanalında yayımlanan "Könül yarası” serialının aktrisası Günay Əhməd serial çəkilişləri zamanı yaşadığı çətinliklər haqda Adalet.az danışarkən deyib:

"Serialda elə bir səhnə var idi ki, orada mən intihar etməli idim, çox çətin səhnə idi. Ümumilikdə də mən hündürlükdən çox qorxuram. Aşağı baxa bilmirəm. fobiyam var. Həmən səhnə çəkiləndə mən hələ qayanın tam ucuna gəlməmiş, qıraqdan çox gözəl bir mənzərə seyr elədim. Hansı ki, o mənzərə adamı özünə cəlb edirdi. Amma yaxınlaşdıqca qorxmağa başladım. Tərslikdən də həmin günü güclü külək var idi. Həmin an əgər ayağının altan bir daş qaçsa idi, axıra kimi də yıxılaraq gedəcəkdin. Bir yer var idi, uşağı qurtarmalı idim, orada ayağımın altan daş qaçdı və biz az qala yıxılırdıq. Son dəqiqədə özümüzü saxlaya bildik. Bilirsiniz, üzdə olan həmişə aktyorların əziyyəti olur, amma orada texniki heyətində əziyyəti heç də az deyildi”.

Qeyd edək ki, "Könül yarası” serialı həftəiçi hər gün 19:00-da ARB telekanalında yayımlanır.