adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
18 Dekabr 2018 12:44
7230
GÜNDƏM
A- A+

“Xalqımız onun cavabını verdi” - Spiker Mübariz İbrahimovu təhqir edən “psixoloq”dan DANIŞDI

Deputat Fəzail İbrahimli Milli Məclisin iclasında Nərmin Şahmarzadə adlı psixoloqun Milli Qəhrəman Mübariz İbrahimovu təhqir etməsinə münasibət bildirib.

Deputat qeyd edib ki, həmin psixoloqu danışdıran genetik koddur.

Onun sözlərinə görə, sosial şəbəkələrdə bəzən şəhidlər, qəhrəmanlar təhqir olunur.

"Bu xanım psixoloqun özünün psixiatra ehtiyacı var”-deyə Fəzail İbrahimli qeyd edib.

Deputatın çıxışına Milli Məclisin sədri Oqtay Əsədov da reaksiya verib. 

"Mən mətbuatda bütün məsələləri izləmişəm. Xalqımızın buna hiddətini müşahidə etmişəm. Buna görə də, belə cılız məsələləri parlamentin iclasına çıxarmayaq. Bu heç psixoloq da deyil, hələ bilinmir oxuyub psixoloq olacaq ya yox.Bu insan heç universitet də bitirməyib, onun psixoloq olmasına hələ illər lazımdır. Belə olan halda, nəyə görə onun haqqında müzakirə açmalıyıq? Onun cavabını xalqımız verdi”.