Əbülfət Mədətoğludan yeni şeir: SƏNİN ETİRAFIN
Səndən ayrılıb getmək -
ağrıtmır ! - məni dedin...
mənisə yola salmaq -
ağrıdır ! - səni dedin...
Sözlər güllə tək yağdı
yaralarım tağ- tağdı...
dərənin başı dağdı -
dağıdır çəni dedin...
Bitdi olan gücüm də
bu dəyirman içimdə...
çat yeri var küncündə -
axıdır , dəni dedin...
Digər Xəbərlər
18 Mart 2024 12:58