Halaldı! İndiki dövrdə iki arvad saxlamaq... - Eminquey yazır

EMİNQUEY AKİF
48893 | 2018-12-17 16:56

Qərbi Afrikada Qərbi səhraylaSeneqalın arasında balaca bir ölkə var, Mavritaniyanı deyirəm. Dünyada qadınlırınarıqlığı gözəllik kimi sayılırsa, burda hər şey tamamən başqadır. Təsəvvür edin,bu toplumda kök qadınlar gözəl hesab olunur. Arıq qadınlarsa az yemək yeyirlərdeyə onlara kasıb gözüylə baxırlar. Ancaq bu vəziyyət kök qadınları azadlığaqovuşdurmur, əksinə boyunlarına özləri kimi kök, ağır bir məsuliyyət yükləyir.

Mavritaniyadaevlilik yaşına çatmış qadınlar "xeyirli qismət” tapmaqları üçün kök olmalarıvacib şərtdir. Yazıqlar, nə zülm çəkirlər. Deməli, kökəlmək üçün dəvə südünə,zeytun yağına batırılımış çörəyə və keçi ətinindən hazırlanan bolluca kalorisiolan yeməklərə tuturlar, çartdam-partdam olana kimi yeyirlər.

ABŞ-danMavritaniyaya göndərilən müxbirlər orada2 gün qalıb bu adətlə tanış olublar və Amerikaya 5 kilo kökəlib qayıdıblarmış.Lap "bala, bunu da ye” deyən, yeməyi az qala burnumdan dürtən xalam yadımadüşdü. Mavritaniyalılar özlərini lap mənim xalam kimi aparırlar.

İndi siz təsəvvüredin ki, Mavritaniya hələ kasıb ölkədir. Amma orada köklük varlılığın,arıqlıqsa kasıblığın simvoludur. Guya bizdə elə deyilmi? Qarınlı kişi görənkimi deyirlər ki, filankəs yeyib-içən oğlandı. Kök qadınları gözəl hesab edənbu toplumun adamları qızları erkən yaşlarından zorla çox yeməyə alışdırırlar.Ki, yetkinlik yaşında kök olsunlar və ərə gedə bilsinlər.

Bu adətə məruzqalan qadınlar hallarından heç də məmnun deyil ha, biləsiniz. Ata-analarıl ayıkimi yeməkdən imtina edən qızların ayaq barmaqlarını da sındırırmış.

Gənc qızlargünlə litrlərlə dəvə südü içməklə başlayır. Günorta naharında keçi əti, çörək vəyenə bir kasa dəvə südü içir. Elə olur ki, bəzilərinə iki-üç dəfə, ard-arda günortanaharı yedizidirilir.

Qadınınbiri belə bir cümlə deyib:

- Yeməkbütün sinəmi doldurub, indi də ağ ciyərlərimə kimi yayılır elə bil”.

Deyilənə görə, yenə yaxı ki, sonvaxtlar bu "qavaqe” adətinin səhv birşey olduğunu başa düşən Mavritaniya kişiləri evlənəcəkləri qızların arıqolmasını istəyir və bu sərsəm adətə qarşı çıxırlar. Getməmişəm, görməmişəm, babalıamerikalı müxbirlərin boynuna.

İndi təsəvvür edin ki, qitəmizdəno yanda, başqa qitədə belə bir sərsəm adətlər tüğyan edir, qitəmizin bu yanındaərəblər dörd arvad alır, illərlə bu çoxarvadlılıq pislənir, yanlış olduğudeyilir, amma nə xeyri. Yenə kişilər çoxarvadlılığın tərəfini tutsa, cəhənnəm,sizə bir şey deyim, mat-məəttəl qalın. Ki, yazımın mustafası bilinsin.

İki arvadı var, biri özüyləyaşayır, biri anasıyla. Uzaqdan tanıyıram. Toya gəlmişdi. Qadınlardanbirinin dediyi sözə sancılıb qalmışam.

-Halaldı. İndiki dövrdə iki arvad saxlamaq hər oğulun işi deyil.

Bir qramda ironiya yox idi o qadının sözlərində, bir qram da.


TƏQVİM / ARXİV