adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 Dekabr 2018 16:28
15431
DÜNYA
A- A+

İŞİD-in məhv etdiyi qədim məscid bərpa olunur

İraqın Mosul şəhərindəİŞİD-in dağıtdığı qədim "Ən-Nuri” məscidinin bərpası üzrə işlərə başlanılıb.

Adalet.az xəbər verir ki, bu haqda "The National” nəşri məlumat yayıb.

12-ci əsrdə inşa olunmuş və "donqar minarəsi” ilə seçilən məscidin rekonstruksiyasını Birləşmiş Ərəb Əmirliyi hökuməti YUNESKO-nun xətti ilə maliyyələşdirib. Bərpa işlərinə nə az, nə çox 50 milyon dollara yaxın vəsait ayrılıb.

Məscid Mosulun simvollarından sayılır.İŞİD terrorçu qruplaşmasının keçmiş lideri Əbu Bəkr Əl Bağdadi 2014-cü ildə məhz həmin məsciddə özünü "xəlifə” elan etmişdi. Məsciddən qruplaşma üzvləri istinadgah olaraq istifadə edib və rəsmi versiyaya görə İraq qoşunları şəhər daxil olan zaman minalanaraq partladılıb.