adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 Dekabr 2018 10:49
23089
ŞOU-BİZNES
A- A+

Babalardan nəvəyə 140 minlik hədiyyə

5 aylıq hamilə olan Fahriye Evcenlə həyat yoldaşı, aktyor Burak Özçivitə olacaq övladları ilə bağlı artıq hədiyyələr verilir.

Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gələn ilin aprelində övladlarını qucaqlarına alacaq cütlüyə ilk hədiyyə Burakın atası Bülent Özçivit və Fahriyenin atası Ramazan Evcendən gəlib.

İki baba birləşərək nəvələrinə 140 min lirəlik (təxminən 44 min manat) uşaq otağı ləvazimatları alıblar.