adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 Dekabr 2018 17:00
14875
İDMAN
A- A+

Superliqa klubu baş məşqçisini qovdu

Türkiyənin "Ankaragücü” klubu baş məşqçisi İsmayıl Kartalla yollarını ayırıb.

Adalet.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 16-cı turda keçirilən "Sivassspor” - "Ankaragücü” matçından sonra klub rəhbərliyini tənqid edən Kartal, istefaya göndərilib.

İsmayıl Kartal 0:4 hesablı məğlubiyyətdən sonra mətbuata açıqlamasında uğursuzluqda klub rəhbərliyini günahlandırmışdı. O, 6 aydır məvacib almadıqlarını və buna görə də futbolçuları oyuna kökləyə bilmədiklərini deyib.

Qeyd edək ki, "Ankaragücü” Superliqada 16 turdan sonra 20 xalla 11-ci pillədə qərarlaşıb.