adalet.az header logo
  • Bakı 18°C
16 Dekabr 2018 11:31
7548
HADİSƏ
A- A+

Bərdədə oğul anasını küçədə bıçaqladı

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

Məlumata görə, Elvin adlı yerli sakin Qarabağ qəsəbəsindəki küçələrdən birində anası Aybənizə boyun və qarın nahiyələrindən bir neçə bıçaq zərbəsi endirib. Ağır xəsarət alan qadın xəstəxanaya çatdırılıb.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır. (Report)