adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
16 Dekabr 2018 11:29
14919
DÜNYA
A- A+

Gürcüstanın ilk xanım prezidenti bu gün and içəcək

Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvili bu gün and içəcək. Ölkəsinin ilk xanım rəhbəri kimi tarixə düşən Zurabişvilinin inauqurasiyası Telavi şəhərində keçiriləcək.

Adalet.az xəbər verir ki, mərasim yerli vaxtla saat 15:00-da başlayacaq, təxminən 40 dəqiqə davam edəcək.

Mərasimdə 1800 yerli və xarici qonağın, 200 hərbi qulluqçunun iştirakı nəzərdə tutulub.

Andiçmə mərasimində ölkəmizi Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.