Gürcüstanda müxalifətlə polis arasında qarşıdurma
Dekabrın 16-da Telavi şəhərində Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvilinin andiçmə mərasimi olacaq. Gürcüstan müxalifəti isə Telavidə dinc aksiya keçirməyi planlaşdırır.
Bu gün səhər saatlarından başlayaraq müxalifət nümayəndələri minik avtomobilləri və mikroavtobuslarla Tbilisidən Telaviyə doğru hərəkətə başlayıblar.
Yol boyu 500-ə yaxın maşın karnavı qeydə alınıb. Avtomobillərin əksəriyyətinin üzərində "Salome yox” şüarı və Gürcüstan bayrağı var. Polis yolboyu bir neçə dəfə müxalifət nümayəndələrindən qayıtmağı tələb edib. Lakin müxalifət nümayəndələri onların tələbinə məhəl qoymayıb. Telavi şəhərinə 10 kilometr qalmış Axaşeni kəndində polis iri avtobuslarla yolu bağlayıb və müxalifət nümayəndələrini şəhərə buraxmayıb.
Polislə müxalifət nümayəndələri arasında qarşıdurma yaranıb, bir neçə polis əməkdaşı və aksiya iştirakçısı xəsarət alıb.
Müxalifətin prezidentliyə namizədi, Qriqol Vaşadze də aksiyada iştirak edib. (AzərTAc)
Digər Xəbərlər
25 Aprel 2024 14:42
Ermənistan Azərbaycandan qaz almaq istəyir: Alen Simonyan müzakirələrə hazır olduqlarını bildirdi
25 Aprel 2024 14:37"Makron Ukrayna ilə bağlı konkret qərarlar verə bilmir"
25 Aprel 2024 11:04"Paris dağılır"
25 Aprel 2024 10:20Türkiyədə İŞİD üzvləri saxlanıldı
25 Aprel 2024 09:36