adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
15 Dekabr 2018 14:12
9750
MƏMLƏKƏT
A- A+

ETSN-nin mətbuat katibi ilin ən yaxşı mətbuat katibi seçildi

Bakıda "Xəzər” Milli Mükafatının təqdimat mərasimi keçirilib.

Tədbirdə Milli Məclisin deputatları, dövlət qurumlarının səlahiyyətli şəxsləri, ictimai xadimlər, mətbuat nümayəndələri iştirak ediblər.

Tədbiri Sosial Media Mərkəzinin (SMM) direktoruAzər Niftiyevaçaraq bildirib ki, rəhbərlik etdiyi qurum sosial şəbəkələrdə sosioloji sorğu keçirərək ilin ən fəallarını müəyyən edib.Onun sözlərinə görə, sosioloji sorğunun keçirilməsində məqsəd öz uğurlu fəaliyyəti ilə cəmiyyətin inkişafına töhfə verən, vətəndaşların rifah halının yaxşılaşdırılmasına çalışan peşəkarlara stimul verməkdir.

"Xəzər” Milli Mükafatına Milli Məclisin deputatlarıQənirə Paşayeva,Çingiz Qənizadə, Musa Qasımlı,Elman Nəsirli,Naqif Həmzəyev,Pərvin Kərimzadə, həmçinin "ASAN xidmət", "Cavan” Hərəkatı, "ARB24” və"Lider” televiziyaları layiq görülüblər. Mətbuat katibləri arasında "ilin ən yaxşı”sı sorğusunda isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibiİradə İbrahimovaseçilib.