adalet.az header logo
  • Bakı 7°C
14 Dekabr 2018 19:47
25532
DÜNYA
A- A+

Bu dünya nəhəngləri ən çox borcu olan ölkələrdir

Dünyadakı dövlət və özəl borcların həcmi 2017-ci ilin nəticələrinə əsasən, 184 trilyon dollara çatıb.

Adalet.az xəbər verir ki, bu məlumatı Beynəlxalq Valyuta Fondu yayıb. Məlumata görə, bu göstərici qlobal ümumdaxili məhsula nisbətdə 225% təşkil edib.

BVF bununla dünyada hər insanın borcunun 86 min dollar təşkil etdiyini və bunun dünyada adambaşına düşən gəliri 2,5 dəfə üstələdiyini qeyd edib.

Yeni hesablamaya əsasən, dünyanın ən borclu ölkələrinin siyahısına ABŞ, Çin və Yaponiya rəhbərlik edir.