Azərbaycanda “Aqrar tədarük və təchizat” ASC yaradılıb
Prezident İlham Əliyev dekabrın 14-də "Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Fərman imzalayıb.
Adalet.az xəbər verir ki, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, dövlət sifarişi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada təşkili ilə bağlı həyata keçirilən işlərin səmərəliliyini daha da artırmaq və sistemliliyini təmin etmək məqsədilə "Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti ləğv edilib və Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus olan "Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti yaradılıb.
Fərmanda qeyd olunur ki, Cəmiyyət "Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisidir. Onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı "Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinə keçir.
Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən ibarət İdarə Heyəti həyata keçirəcək.
Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Cəmiyyətin nizamnaməsinin təsdiqi və nizamnamə kapitalının miqdarını müəyyənləşdirməli və Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Həmçinin Kənd Təsərrüfatı Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və "Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti bu Fərmandan irəli gələn məsələləri həll edəcəklər.
Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını və normativ xarakterli aktları bu Fərmana uyğunlaşdırılmalıdır.
Digər Xəbərlər
18 Mart 2024 19:10
Azərbaycan Ordusu azad edilmiş ərazilərdə öz mövqelərini möhkəmləndirir
18 Mart 2024 19:07Ramazan ayının 9-cu günü: Dua, imsak və iftar vaxtı...
18 Mart 2024 18:44Dərman vasitələrinin farmakonəzarət qaydası dəyişdi
18 Mart 2024 18:30BMTM işçilərinin say həddi və əməkhaqqı fondu artırıldı
18 Mart 2024 18:25