Məni atdan salan qəzet

18161 | 2018-12-14 18:27

"Ədəbiyyat və incəsənət”qəzeti evimizə məndən əvvəl, təxminən əllinci illərin ortalarında ayaq açıb. Eləo illərdən mütəmadi olaraq nəslimizdəonun ilk abunəçiləri əvvəlcə böyük əmim, ədəbiyyat sevdalısı, tarix elmləri namizədiİbrahim Bağırov, ardınca kiçik əmim,tanınmış türkoloq vəonomast, Azərbaycan Milli EA-nın müxbirüzvü Adil Bağırov, sonralar isə mən və digərləri olub. O qəzeti ilk gördüyümvaxtdan əlli ildən artıq keçdiyi də bu gün necə var,yadımdadı: altmışıncı illərin tən yarısında, onda səkkiz yaşım ola-olmayaydı,bir sərin yay günündə İbrahim əmim içi mənqarışıq səs-küyü aləmi götürən bir xeyli uşağı bağçamızda başınayığıb Məmməd İbrahimin (onda Araz deyildi - Ə.) şerlərini uzun bir qəzetdən oxuyandan sonra soruşdu ki,onu hansımız tanıyırıq? Məlum olanda ki, heç kim, onda şəklini də bir-birhamıya göstərib, Məmməd əmini o ki var təriflədi və sonda hərəmizə ondan həl-həlbət bir şer əzbərləməyi tapşırdı. Onda bildim o kişikimdi, kimin oğludu, əmimlə Moskvadabiri Ali Partiya Məktəbində, o biri Ədəbiyyat İnstitutunda nə zamanoxuyublar. Qəzet nədi, şəkil nədi, şeir necə olur, necə ritmlə oxunur, onu daonda bildim. Amma indinin indisində də xatirimdə bütün işığı, istisi, rənglərivə səsi ilə ilişib qalan o təntənəli mərasimdən mənim çıxartdığım nəticə yox,tamam özgə şey oldu. Deməyəsən, yaxşı oxumağın sonu qəzetdə şəkli çıxmaqlabitirmiş... Bu, bəlkə də, o vaxtacan həyatda dərk etdiyim ən böyük həqiqətidi. Şeir, şair, şəkil, qəzet, ilk dəfəgördüyüm palaz boyda "Ədəbiyyat və incəsənət”... Atamın durub-oturub, gecə-gündüz,oxuyun, gedin başınızı başlara qoşun, deməyinin mənasını da sanki qəfildənduydum. Oturduğum yerdə qarğı atımdansaldı məni o qəzet... Əmim də elə onu deyirdi: "Daha qurtardı boş-boş ora-buraşütümək. Nə var dəftər-kitabda var. Çölə, quzu otarmağa da onsuz getməyin".


O hadisədən beş-on günsonra şəkli qəzetdə olan kişini kiminsə toyundagörəndə lap çaşıb qaldım: Məmməd əmi şəklindən də gözəl idi...

Uzun illər özümü inandırabilmədim ki, böyük ədəbiyyata gəlməyiməşəklimi qəzetdə görməyin eşqinə düşməyim səbəb olmayıb. Nəhayət, 81-də min bir müsibətdən sonra onu"Ulduz"da, hekayəmlə birlikdə görəndəhiss etdim ki, mənzili uzaqdan-uzaq bu yolun yolçusu olmaq istəyənin qəzet-jurnalgərək sifətinin yox, ürəyinin şəklini verə. Bəlkə, onda bilinə kim kimdi, buyazını hansı ürəyin yiyəsi yazıb. Amma o fikrimi Allahsızlar yaxına qoymadı,dedilər, gedib ağlıma dua yazdırım. Rəhmətliyin nəvəsi yazısını çap etdirəbilmir, ürəkdən dəm vurur!..

Belə...

"Ədəbiyyat və incəsənət”inqapısını ilk dəfə 1982-də "Gəlin ayaqqabısı" ilə döymüşəm. Barmaqlataqqıldatmağın ayaqqabı ilə, həm də o cürü ilə, döyməklə bir fərqi olmamışolmaz, söz yox ki. Di gəl nə illah eləsəm də, o qapını üzümə açan olmadı.

O vaxt qəzetdə "Şənbə səhifəsi" deyilən rubrika vardı, əsasən yumoreska verirdilər.Çox get-gəldən sonra dedilər, hekayəni olsa-olsa yalnız orda verə bilərik, həmdə yarıbayarı ixtisarla. Gəl belə yerdə mat qalma: o cür ciddi mətləbə bu cürqısa don? Heç vaxt iltifat və mərhəmətgörmədiyim ədəbi orqanlardan sonra burda da xoş üz görməyəcəyimi çoxdan gözümünaltına almışdım, odur ki, "Gəlin ayaqqabısı”nı"Dərd”ə tərəddüdsüz dəyişdim, amma dərdim yenə dəyişmədi. Deməyəsən, çoxqədim əyyamlara, köhnə mövzulara baş vururammış. Kimə başa salaydım, məni dartıb bu şəhərə gətirəninelə özü "Köhnə kişi”di. Nə köhnə? Köhnə nədi? Tarixi roman yazanları asmaqlazımdı ki onda! Nəyi, nəyi, "Dərd”i də çap eləmədilər, qardaş! Əli dincdurmayan Nəriman (Əbdülrəhmanlı) da sonralaryazasan ki, "Dərd” Əlabbasın ənyaxşı hekayəsidi. Nə deyəsən, kimə inanasan? Adama "yox”u beləmi deyirlər? Eləo ərəfələrdə oxuduğum Aleks La Qumanın"Öz evimiz” hekayəsinin qəhrəmanı Conasın "dəmir ev”lərini başlarınauçurmağa gələnlərə dediyi sözlər uzun illər xatirimdən silinmədi, o səs qırxildi ki, mənimlə yol gedir: "Biz də adam kimi yaşamaq istəyirdik, demə,olmazmış".

İndi təfərrüata varıbona görə ad çəkmirəm ki, illər öncəAslan Quliyevə ünvanladığım "Onlar kimiöldürmədilər?” adlı mətbu məktubda bu haqda gen-bol bəhs etmişəm.Sözümü ona gətirirəm ki, "Azərbaycan” və "Ulduz”dan sonra o vaqeə iləüzümə daha bir qapı qapandı. Və onda sözə, sənətə həmişə rişxəndlə yanaşanbir dostcığaz mənə belə də dedi:"Ədəbi orqanlardan sənə haray yoxdu, əlacın ya "İdman"a, ya "Azərbaycanqadını"na qalıb. Yenə onlara üz tut"

Haşiyə. Elə o zaman da,sonralar da dərin sayğılarım olan böyük ziyalımız Vilayət Quliyevin cari ədəbiprosesə həsr olunmuş nəsrlə bağlı icmal məqaləsində (səksəninci illərin əvvəli)"Ulduz”dakı hekayəmə görə yaxşılarsırasında mənim də adım çəkilmişdi. O vaxt indikinin əksinə olaraq yüksəktirajla çap olunan "Ədəbiyyat və incəsənət”in adım cəmi bircə yerdə keçəno sayından iyirmidən çox nüsxəalıb saxlamışdım ki, biri itəndə o biri qalsın. Deyirdim bəs o olmasa, dünyaqara geyər, el-aləm "tarixi həqiqət"dənbixəbər olar... İddiamın da ərşə-kürşəsığmayan çağları idi. Əlimin altda "Gözmuncuğu”, "Dərd”, "Cadugər”,"Başsağlığı”, "Gecəyarı hadisə”, "Başdaşı” və ədəbi tənqidin iyirmi beş-otuzil sonra da olsa, dəyər verdiyi birxeyli povest və hekayə vardı. Azqalırdım yoldan keçənləri də saxlayıb soruşum ki, məni tanıyırlarmı? Üzlərinə dəbaxıb için-için gülürdüm: "Gör kimi tanımırlar, bədbəxtlər! Bir dayanın, göstərərəmsizə".

Təəssüf ki, otuz ildənçox çarpışsam da, "Ədəbiyyat və incəsənət"in səhifələrinə düşmək mənə nəsibolmadı. O mənə daha çox dost yazılarınıvə cari ədəbi prosesi izləmək üçün gərək olub. Bu mənada sözün şahlar taxtındabərqərar olduğu 70-80-ci illərdə imzamı ondagörməyin bircə adı vardı: xoşbəxtlik!...

İndi bunu igidliyimdəndəm vururmuş kimi danışıram. Amma nə edəbilərsən ki, qırx illik ömrü pis-yaxşısözə xidmətdə keçmiş bir qələm əhlininyaradıcılıq tarixçəsinin, həm də elə həyatınınayrılmaz bir parçasıdı bu. Və yenə təəssüf hissi ilə də olsa deməliyəmki, belə oldu, İbrahim əmimin Adilə, Adilinsəmənə bağışladığı arxivdən - sirrinə vaqif olduğum dünyanın cümlə həqiqətləriüçün bu gün o arxivə və haqq dünyasında olan əmilərimə borcluyam - "Ədəbiyyat vəincəsənət" qəzetinin o qapıdan bu qapıya, burdan da o birinə özümü söyə-söyədaşıdığım bağlamalarından saralmış nömrələri bir-bir yox, dəstə-dəstəçıxarıb işlətməyə başladım.

Hətta qonşuları da qəzetsarıdan korluq çəkməyə qoymadım. İş eləgətirdi ki, səksəninci illərin sonunda ovaxtlar tanımadığım məşhur pedaqoq Allahverdi Eminovun "Köhnə kişi” haqdaolduqca maraqlı təəssüratları sözügedənqəzetin səhifələrində yer alanda da ("Oyanışın işığı”, 17 fevral 1989) "Ədəbiyyatvə incəsənət” ona olan əski məhəbbətimi geri qaytara bilmədi. Bununla belə şəkliniqəzetdə görməyin eşqi ilə çırpınan bir yeniyetmənin qəlbinə o qəribə və xoşgiziltini ilk dəfə məhz "Ədəbiyyat və incəsənət” qəzetinin salıb heyrətə gətirdiyini də heç cür boynuma almayabilmərəm. Bəsirət gözümü bu dünyaya o qəzet açıb.

Nəhayət, 2014-cü il...

O vaxtacan cəmi bircə dəfəgörüşdüyümüz Azər Turanın utancaq səsini telefonda eşidəndə tutulan kimi oldum.

- Mənə öz bəyəndiyinhekayələrindən birini göndərə bilərsən? Çap olunmamış, təzə bir hekayə, - istəyirdio.

Bir anlıq tərəddüd...Deyən gərək, sənə lazımdı otuz ildən sonrakı çap? Hər şeyin artıq arxadaqaldığı bir vaxtda nəyi dəyişəndi axı o?.. Amma belə çıxmırdı ki, "İnsan əliçatmayan hər şeyin dəlisi, əli çatan hər şeyin nankorudu” (Neruda). Hələ o davardı ki, bu, "Ədəbiyyat və incəsənət”dən yox, "Ədəbiyyat qəzeti"ndən gələnzəng idi.

Həm də onu o-bu yox, qəzetin yeni baş redaktorunun özü açmışdı. Nə edə bilərsənki, bu çərxi-gərdunun hər şeyi belədi, həmişə iş-işdən keçəndən sonra gəlir.

"Şəbi-hicran"ıgöndərdim, çap olundu, amma iş bununlada bitmədi, çağdaş ədəbi tənqidin ən say-seçmə üzvləri arasında uzunmüddətlimüzakirəsi də keçirildi onun və bunu "Ədəbiyyatqəzeti"nin qələmimə və şəxsimə olan hörmətinin bir nişanəsi kimi qəbuletdim. Sonra "Yadigar”a, "Yolda adam”aqapı açdılar, onlarla bərabər müxtəlif rəy, sorğu, digər publisistik yazılarımməni bir zamanlar alışıb yana-yana xoşbəxtlik aradığım qəzetin müəlliflərindənbirinə çevirdi.

İndi bu fikri haqqıolan biri kimi deyirəm: həyatımızın ədəbiyyatsız ötüşdüyü, Yazıçının taxtdansalındığı, qələm əhlinə qarşı etimadsızlıq mühitinin hələ də hökm sürdüyü birvaxtda uca Sözü həyatın mənasına çevirməyi bacarmaq hər bir kəsdən fədakarlıqistər. Azərbaycan ədəbi elitasının nüfuzlu simalarından sayılan Azər bəy bunu "Ədəbiyyat qəzeti” ilə etməyi bacardı, üstəlik bəzi istisnalarlaonu mövcud olduğu illərin ən yaxşı, maraqlı, oxunaqlı və səviyyəli qəzetinə çevirə bildi. Çünki o, yerində olan,işinin öhdəsindən layiqincə gələn,hamını bir məxrəcə gətirməyi bacaran peşəkar redaktordu və məncə, bu,daha çox onun şəxsi kalitesindən, insani dəyərlərindən asılı məsələdi. Mən onuHüseyn Cavid və ya Əlibəy Hüseynzadə haqdakı yazılarından mahir tədqiqatçı, "Ədəbiyyatşünaslıqdan milliideologiyaya" məqaləsindən dil tarixçisi, İvo Andriçin "Drinakörpüsü" əsərindən danışarkən təhlilçi, Ucal Haqverdiyev haqqındakı"Yatmış şəhərin yuxusu" yazısından sənətşünas, dostu, gözəl şair Faiqİsmayılov haqda "Ölüm süvarisi" kitabından təhlilçidən çox, nəzm ustası,"Fəryadın metafizikası"ndan mahir esseist kimi tanımışam. Bu, bəyəmhamının bacara bildiyi bir işdi? Hərtərəfli biliyə, geniş erudisiyaya, yaradıcıentuziazma malik olmadan bunları necə hasilə gətirmək olar?

Sözün, sənətin urvatdandüşdüyü, milli-mənəvi dəyərlərimizin astronomik sürətlə aşındığı birzamanda "Ədəbiyyat qəzeti”ni yenidənyaradıcı kəsimin fikir və düşüncə mərkəzinə çevirməyi bacaranlara, ədəbiyyatımızın,dilimizin, ümumən, mədəniyyətimizin keşiyində ləyaqətlə dayananlara, onunsaflığını qoruyanlara, bir sözlə, qəzetin bu işdə zəhməti keçən bütün yaradıcıvə işçi heyətinə "uğur olsun!” deyirəm. Dərin-dərin təşəkkürlər!

11 dekabr, 2018

TƏQVİM / ARXİV