Yaşamadığım uşaqlıq

FƏRİDƏ RƏHİMLİ
21523 | 2018-12-15 15:37

Hər olğuninsanın içində həmişə bir uşaq yaşayır. Onu içində boğmaq istəyənlər də var, ouşaqla ömrünü sürənlər də... İnsan bəzən, övladının artıq uşaqlıq yaşınıkeçdiyini, nəvələrin həyata gəlişini sevinclə qəbul etsə də, öz "içindəki"uşağı özündən uzaqlaşdırmaq istəmir. İçindəki o uşağı sevənlər, o uşağın istəyiyləhərəkət edənlər isə çox zaman ətrafın, çevrənin, "mentalitetin","ağıllı adamlar"ın qınağıyla qarşılaşırlar. Və belələrinə anlatmaqolmur ki, o uşaqdır məni təmiz, səmimi, məsum, saf, saxlayan, çox zamangünahlardan çəkindirən, kin-küdurətdən uzaq tutan, təmənnasız sevməyi, gülməyi,sevinməyi, ədalətli olmağı aşılayan. Odur məni yaşlanmağa, qocalmağa qoymayan.Könül dünyamı, ruhumu, duyğularımı təmiz saxlayan.

1 iyul BeynəlxalqUşaqları Müdafiə Günü bu ilki kimi maraqlı keçməmişdi mənim üçün. Sosial şəbəkələrdəmüxtəlif şəkildə - dəcəl, məzəli, ərköyün, utancaq, xoşbəxt, qəmli, mərhumiyyətli...uşaqlığını xatırlayanlar oldu həmin gün. Və söylədikləri hər fikrin arxasındayuxarıdakı fikrimi təsdiqləyən detallar vardı.

Hər kəsinömrünün fərqli uşaqlıq çağı olur. Biz uşaq ola bilmirik, uşaqlıq dövrü yoxdudaha bizdə, vaxtından tez böyüyürük - deyənlər də var, bütün hallarda uşaquşaqdır, o dövrü mərhumiyyətlərlə keçsə də...

Bəzən "mənuşaq olmamışam" fikirlərini erkən məktəbə getdiyi, həm idmana, həm musiqiyə,həm şahmata vaxt sərf etdiyini buna səbəb kimi göstərənlər var. Amma bunu,maddi çətinliklərin ucbatından, ailəni dolandırmaq məcburiyyətində qaldığındanvaxtından tez "böyüyən", uşaqlığını yaşamayanlarla bərabər tutmaqolmaz. ("Mən uşaq olmamışam" silsiləsindən heç unutmadığım vəzaman-zaman məni ağrıdan - Qarabağda əsir düşmüş, sonradan geri alınanqızımızın etirafıdı: "On üç yaşımda yurdumuz talandı, evimiz dağıldı, əsirdüşüb erməni vəhşilərinin təcavüzünə məruz qaldım. Mən uşaq olmadan, gəncolmadan, sevmədən, sevilmədən əzabkeş, özünə nifrət edən, keçmişindən utananqadın oldum...").

Doğrudur, normaluşaq tərbiyəsində bu iki fakt tam olaraq qəbul edilmir. Çünki, dahilər deyirki, əgər biz uşaqların düşüncələrinə, ideyalarına, hərəkətlərinə düzəliş etməsək,onların hamısı dahi və müdrik olarlar. Sadəcə, böyüklər onlara sərbəst inkişafetməyə imkan vermirlər.

S.Xəlilovunfikrincə, "Bütün uşaqlar öz tükənməyən "niyə"ləri iləfilosofdurlar. Uşaqlıqla vidalaşınca filosofluq da qeyb olur. Sadəcə uşaqlığıiçində yaşadanlar filosof qala bilirlər".

Məncə, uşaqlarınbu "dahiliyi"nin səbəbi hələ çirklənməmiş, saf, apaydın, dupdurubulaq kimi olduqlarındandı. Allaha ən yaxın olduqlarındandı. Çox vaxtuşaqlardan xahiş etmirikmi ki, bizə dua eləsinlər?!. Allah onların duasınıanında qəbul edir deyə... Dedikləri sözlər, verdikləri suallar vəhy sayağı sözlərolur...

Uşağa həyat rəngarənggörünür, (böyüdükcə, həyatın rəngləri üstlərinə çökdükcə, qatılaşdıqca Allahdanuzaqlaşırlar...") - güllü-çiçəkli, kəpənəkli-böcəkli. Al-yaşılpaltarlarla, oyuncaqlarla, heyvanlarla sevindirmək olur onları. Övlada maddibaxımdan hər şeyi verdin, düzgün tərbiyəsiylə maraqlanmadınsa, o gözəllik, sevincillərin ayağı altında tapdanaraq məhv ola bilir. Hər kəs tərbiyə məsələsini özdünyagörüşünə görə bir cür başa düşür, ona görə də fərqli izah edir.

İmam Sadiq (ə)buyurur: "Yeddi il icazə ver uşaq oynasın, ikinci yeddi ildə ona yazıyazmaq və savad öyrət. Sonrakı yeddi ildə isə ona Allah Təalanın ehkamında olanhalal və haramı öyrət".

İslam tərbiyəsinəgörə uşaqda itaət edən ruhu əmələ gətirən meyarlar: təhlükəsizlik, məhəbbət,azadlıq və nəzarətedici qüvvələrə ehtiyacdır. Yəni, əgər uşaq ata və anası tərəfdəndostluq və məhəbbət hiss edərsə, çalışacaq ki, onların razılığını qazansın vəonların xoşladığı işləri görsün. Burada ən mühüm amil məhəbbətdir ki, itaətə gətiribçıxarır.

Körpə fitriolaraq, Allaha imanla dünyaya gəlir. O zaman ki, o, özü, ata-anası vəyaradılışı haqqında sual verməyə başlayır, o deməkdir ki, ağlı Yaradanı qəbuletməyə hazırdır. Psixoloqların nəzərincə bu dövrdə valideynin vəzifəsi odur ki,uşağın məhdud ağlı səviyyəsində Allahı onlara tanıtsın. Qəlbindəki iman nurunualovlandırsınlar.

Allaha iman ənmühüm dəyərlərdən biridir ki, körpənin qəlbinə onun toxumları səpilməlidir. Buiman gələcəkdə ona yaşamaq sevinci və Xaliqə etimad bəxş edər və dindənuzaqlaşmasının qarşısını alar. Uşaqda Allaha iman və sevgi, valideynin Allaha olan sevgisinineynidir".

Uşaqüç yaşından altı yaşına qədər hər şeydə valideynə təqlid etməyə çalışır. Onlaruşaqlarına Allahı anladanda, uşaqlarında Allaha olan iman öyrətdikləri kimiolacaqdır. Nəticədə uşaq təsəvvüründə Allah haqqında müəyyən biliyə malik olacaq.O, biləcək ki, valideynlərindən də qüdrətli və rəhman başqa bir varlıq var. Onusevməyə başlayacaq və Onun mehriban olmasına inanacaq.

Qədimyəhudi məsəli var: "Uşaqlarınıza on dörd yaşınadək Allahdan bəhs etməsəniz,qalan bütün ömrü Allaha uşaqlarınızdan bəhs edəcəksiniz.

Yazılarımdadini mövzulara toxunduğum üçün məni qınayanlar var. Amma unutmayın ki, hansı mənsəbdə,imkanda, mövqedə, inamda, inancda, bilikdə, təhsildə, dünyagörüşündə (hansıhavada, təkəbbürdə...) olursunuzsa olun, sonunda Allaha dönəcəksiniz vəvaxtında uşaqlarınıza Allahını tanıtmaq sizi də xilas edə bilər. Çünki, övladıüzünə ağ olan valideyn Allahın qəzəbləndiyi insanlardır. Allahını tanıyan övladheç vaxt ata-ana üzünə qayıtmır.

...FirudinAğayevin "Mən uşaq olmamışam" kitabını oxuyanda mən uşaqdım. Bu gün dəiçimdə o uşaq yaşayıram və çox məmnunam.


TƏQVİM / ARXİV