adalet.az header logo
  • Bakı 7°C
14 Dekabr 2018 16:55
10099
MƏMLƏKƏT
A- A+

Avtovağzal gücləndirilmiş rejimə keçir – 200-dən çox ehtiyat avtobus ayrıldı

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə 15 dekabr tarixindən 03 yanvar tarixinədək Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə Kompleksdən verilən məlumatda bildirilib.

Həmin günlərdə yarana biləcək sərnişin sıxlığını nəzərə alaraq, qurum 200-dən çox ehtiyat avtobus ayrılıb.

Rəsmi məlumata görə, bayram ərəfəsində 600-dən çox reyslə 16 mindən çox sərnişin daşınması nəzərdə tutulur.

Müqayisə üçün qeyd edək ki, hazırda gün ərzində 300-350 nəqliyyat vasitəsilə təxminən 9 min sərnişin Avtovağzaldan yola salınır.

Sərnişinlər biletləri Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassalarından və ya onlayn qaydada –www.bbak.azsaytından daha öncədən əldə edə bilərlər.

Nəqliyyat vasitələrinin fəaliyyətinə xüsusi komissiya nəzarət edəcək.

Sərnişinlərin rahat və təhlükəsiz şəkildə səfərini təmin etmək məqsədilə Bakı Beynəlxalq Avtovağzalının mühafizə xidməti və texniki heyəti yarana biləcək problemləri dərhal həll edə bilmək üçün növbəli iş rejimində çalışacaq.
Əlavə sual və təkliflər üçün vətəndaşlar 012 406 01 58/59 nömrələrinə müraciət edə bilərlər.