adalet.az header logo
  • Bakı 7°C
14 Dekabr 2018 16:42
13746
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan yeni şeir: RİCA

Tumurcuq tər . yarpaq tər
salxımı üz -. yarpaq dər...
Dərəndə də yar , bax , dər -
ürək zədələnməsin...

Nişançı var , nişan var
ruhu ruha nişanlar...
göz oxşasın nişanlar -
ürək zədələnməsin...

Ovut , ovun və ovul
həmişə dərddən qovul!
Sevginlə elə sovul -
ürək zədələnməsin...

Bax üzümə , dillənmə
ürək sənlə , dil mənlə...
baxışımdan cinlənmə -
ürək zədələnməsin