Faiq QİSMƏTOĞLU: YOL

FAİQ QİSMƏTOĞLU
42815 | 2018-12-15 10:24

... Ənçox xoşuma gələn və sevdiyim bir şeyvar: həmişə yol getmək! Və düşünürəm ki, bundan gözəl, bundan maraqlı və bundanyaddaqalan hadisə ola bilməz. Ən azından ona görə ki, yola çıxırsan, onunsağında, solunda bir-birindən gözəl mənzərələr görürsən... şəhərlər görürsən...qəsəbələr görürsən... uca-uca dağlar görürsən... yaşıl-yaşıl ormanlar görürsən...Hələ mən dənizi, çayı və digər gözəl mənzərələri demirəm...

... Və hərdəfə fikirləşirəm ki, Allahım, nə yaxşı mənə bunları görməyi qismət eləyirsən vəhər dəfə düşünürəm ki, görəsən yol getməkdən gözəl nə ola bilər? Yol getməkhardasa çox maraqlı nağıla, kinoya bənzəyir. Və bu nağılın, gözəl filmin içindədə axtardıqlarını tapa bilirsən. İllah da ki, tanımadığın, görmədiyin bir şəhərdə,bir məmələkətdə səninlə doğma dilində danışırlarsa, bax onda adamın uçmağaqanadı olmur...

... Dünyanınhər yeri gözəldi. Və Allah-Təala bu dünyanı yaradanda insanlar üçün hər şey bəxş edib. Allah-Təala insanlar üçüngözəl-gözəl meşələr, gözəl-gözəl daglar, gözəl-gözəl çöllər və bu gözəl- gözəlçöllərdə bitən mer-meyvələr, ruzilər yetirib. Sadəcə olaraq, biz insanlardünyanın bu gözəl-gözəl nemətlərinin qədrini bilmirik və sadəcə olaraq bizdüşünürük ki, elə hər şey belə də olmalıdır. Biz Allah-Təalanın verdiyi gözəlliklərin,bəxş etdiyi ruzinin qədrini onda bilirik ki, həmin gözəlliklər əlimizdən çıxırvə onda da hər şey gec olur...

Gün olubki, 24 saat yol getmişəm və gün olub ki, bəzən qatarla üç gün məsafə qət etmişəm.Bir dəfə orta məktəbim 10-cu sinfinə keçəndə məktəbin direktoru Əvəz müəllimyaxşı oxuduğumuza görə, mamam oğlu Təbrizlə məni pulsuz putyovka ilə bir aymüddətinə Kiyevə istirahətə göndərdi. Və biz onda Bakı şəhərini görməmişdik.İlk dəfə idi ki, Bakıya gəldik, beş-altı saat "Bakı Soveti” mertosunun (indiki"İçəri şəhər) yaxınlığındakı beşmərtəbəli binanın ikinci mərtəbəsindəki turizm mərkəzindəolduq.

... Ordada qrup rəhbəri Tofiq müəllim bildirdi ki, axşam saat 8-də Kiyevə yola düşəcəyik.Axşam saat 8 oldu, müxtəlif rayondan gəlmiş gənclərlə bir yerdə dəmiryolvağzalından Bakı-Kiyev qatarıyla həmin ünvana yollandıq. Düz iki gün yolgetdik. Və kənd uşağının birdən-birə belə bir səyahətə çıxması çox maraqlı idi.Heç istəmirdim ki, mənzilbaşına tez çataq. Başqaları Kiyevə çatmaq üçün tələsirdi.Mən isə əksinə, elə hey yol getmək istəyirdim. Getdik, getdik, axırda da qatarKiyevə çatdı.

Kiyev oqədər gözəl şəhər idi ki, onun yaşıllığına, parklarına, alma bağlarına adamheyran olurdu. Təsəvvür edin, biz kənd uşaqları şəhərin mərkəzindəki almabağlarındakı ağaclara çıxır, budaqlardan almaları dərirdik. Bunu görən yerlisakinlər bizə tərs-tərs baxırdı. Axırda da yaşlı bir qadın bu hərəkətlərimizədözməyib öz dillərində yeddi mərtəbəli bir söyüş söydü. Və ondan sonra özümüzüyığışdırdıq.

Kiyevinqədim və tarixi abidələrini seyr etdik, görməli yerlərinə baş çəkdik. Bu şəhərigörəndən sonra Bakı bizim gözümüzdə balacalaşdı. Amma bu gün Bakı tam cəsarətlədeyərdim ki, dünyanın on gözəl şəhərindən birinə çevrilib. Tay indi xəbərimyoxdu, Kiyev əvvəlki kimi möhtəşəmdi, ya yox! Ancaq bir onu bilirəm ki, bir varşəhərlər içində yaşıllıq, bir də var yaşıllıqlar içində şəhər. Kiyev dünyanınyaşıllıqlar içində olan ən gözəl şəhərlərindəndi.

Həmişəyola çıxan adamın arxasınca su atırlar. Yəni bu su atmaq da o deməkdi ki, yolunaydın olsun, su kimi gedib su kimi də qayıdasan. Bizim millətin ən gözəl adətlərindənbiri elə budu. Bir dəfə biri qızına toy eləyir, ər evinə köçürür, onun daardınca su atırlar. Bunu görən ağbirçək qadın dillənir ki, ay bala, gəlin köçənqızın dalınca su atmazlar! Suyu uzaq səfərə gedən adamın arxasınca atarlar. Heçbir ay keçmir ki, qız boşanır və atasının evinə qayıdır...

...Çiskin yağış yağanda, sakit-sakit qar yağanda səfərə çıxmağın, yol getməyin özgəbir ləzzəti olur. Çox vaxt mən yola çıxandaqar yağmasa da, çiskin yağışın yağmasını görmüşəm və yol getmişəm, işim dəyaxşı alınıb. Budan gözəl nə ola bilər?! Yola çıxmağı xoşlayıram və heç vaxt datələsmirım ki, mənzilbaşına tez çatım. Bu gün də Təbrizə yola düşürəm – gözəl vəmöhtəşəm Təbrizə! Ümidlərimin və istəklərimin gerçəkləşdiyi müqəddəs şəhər! Vəbu şəhərə ilk dəfə ayaq basdığım gündən bu insanlardan heç bir şəhərdə,heç bir qərib ölkədə, heç bir məmləkətdə görmədiyim səmimiyyəti və mehribanlığıgörmüşəm. O insanların ürəkləri dünya boydadı, dilləri bal kimi şirindi...

... Ürəkləridünya boyda, dilləri bal kimi şirin olan insanları sevməməkmi olar? Adam istəyirki, ürəyini yarıb o yarılmış ürəyin içinəqoysun onları! Adam istəyir ki, sənəgözünün yağını yedizdirən, heç kimdə olmayan sevgi-məhəbbət verən buinsanları qəlbinin lap dərinliklərinə, müqəddəs yerə qədər götürüb aparsın.

... Yolgetməkdən gözəl nə ola bilər? Və bütün yollar təki insanları axırda öz istəyinə,məqsədinə və sevgisinə qovuşdursun. Çünki sevgi və istək dolu yolu getməkinsana əbədi bir rahatlıq, sakitlik və mərhəmət gətirir. Bütün insanların yoluişıqlı, nurlu və aydın olsun! Və bir daha hamıya belə bir aydın yol – üzü günəşə,sevgiyə, məhəbbətə, sədaqətə uzanan yol arzulayıram. Yolunuz aydın olsun,dostlar!..


TƏQVİM / ARXİV