adalet.az header logo
  • Bakı 6°C
15 Dekabr 2018 10:43
23415
İDMAN
A- A+

Dəli musurman, yeddi ermənini bir dərədə tək görmüsən?!

"Qarabağ” Londonda "Arsenal”la oyunu zamanı sonuncu dəqiqələrdə bir erməni separatçı rejimin bezini açaraq (bez bilirsiniz də nəyə deyirlər, körpə uşaqları yatırdanda ona bələyirlər ki, çişi-mişi olanda ona hopsun, yorğan-döşəyə yox, müasir variantda pampers) stadiona girdi. Görəvlilər vaxtında çatmasaydılar, Rəşad Sadıqov həmin erməninin şalvarını çıxardacaqdı, Qara Qarayev işin görəcəkdi. Erməni də Rəşadın onun üzərinə yüyürdüyünü görüb dabanına tüpürüb nə təhər qaçdısa...

Sizi inandırıram, bir balaca Qarabağda, Aprel döyüşlərində olduğu kimi hücuma keçsək, həmin stadiondakı erməni kimi hamısı da dabanına tüpürüb İranacan qaçacaq. O məşhur məsəldə deyildiyi kimi:

- Dəli musurman, yeddi ermənini bir dərədə tək görmüsən?!.