II Dünya müharibəsinin taleyini dəyişdirən agent Çiçero - Eminquey yazır

EMİNQUEY AKİF
82039 | 2019-12-29 09:46

Ərdal Beşikçioğlunun "Çiçero" kod adlı Alman agenti İlyasBazna haqqında çəkdiyi film nümayiş olunandan sonra belə bir sual ortaya çıxdı.II dünya müharibəsinin taleyini dəyişən sənədləri ələ keçirib Almanlaraçatdıran, amma İngilis və Türk agenti olduğu haqında iddialar irəli sürülən Çiçero kimdir? Diqqətinizi yazıya cəmləyin,mən də yavaş-yavaş xırdalamağa başlayım.

Elyasa Bazna, yaxud da İlyas Bazna 28 iyun 1904-cüildə doğulub. II dünya müharibəsi ərəfəsində Nasist Almaniyasının Ankara səfirliyindəişləmiş, daha sonra buradan qovularaq İngiltərə səfirliyində köməkçi olaraq işləməyəbaşlayıb. İlyas Bazna II dünya müharibəsin taleyini dəyişən sənədləri Almanlara20 min sterlinə satıb Çiçero kod adını alır və Nasist Almaniyasına cəsusluq eləməyəbaşlayır.




İlyas Bazna haralıdır?

İlyas Bazna 1904-də Kosovanın Priştina şəhərindədünyaya gəlib. 1918-də serblər Priştinanı işğal edəndən sonra ana və atasıylaİstanbula köçmək məcburiyyətində qalmışdı. Atasının ölümünə səbəbkar İngilislərigörürdü və onlara nifrət edirdi. Əsl adı Elyasa Baznadır. O, əsgərliyiniÇankaya Köşkündə Mustafa KamaI Atatürkün yanında çəkmişdi.

1942-dən etibarən İngiltərə səfirliyində SirHugessenin yanında köməkçi işləməyə başlayan İlyas Huqessenlə o qədər yaxınolub ki, hamamda onun kürəyini kisələ-kisələyə opera ariyaları oxuyurmuş.

Britaniya səfiri və təhlükəsislik idarəsinin üzvləriİlyası saf, ingilis dilini bilməyən, axmaq və özünə görə bir köməkçi kimi qəbuledirdi.

Almanlarİlyasa niyə etibar etmədi?


İlyas almanlara bir çox sənəd çatdırsa da, yenə dəonların etibarını qazana bilmədi. Nasist Almaniyası xarici işlər naziriRibbentrop İlyasın iki tərəfə də işləyən bir ingilis agenti olduğunu düşünürdü.Normandiya Çıxarmasının (hücum hərəkatı) belə planını Almanlara çatdıran Çiçerobuna rəğmən Hitlerin də etibarını qazana bilmədi. 1943-də bir konfrans da çıxışedən Hitler İlyasın çatdırdığı Normandiya hücum hərəkatının planlarınabaxmayaraq, "Müttəfiq qüvvələr qərbdən deyil, Balkanlardan, ya da Norveçdənhücuma keçəcək” deyirdi.

Çiçero 1944-ün yanvarında müttəfiq qüvvələrinSofiyaya bombardman hazırladığını xəbər verir, amma ona güvənməyən almanlar buməlumatı vecə almır və böyük itkilər verirlər. Bu ciddi itkinin arxasıncaÇiçero artıq etibarlı bir alman agenti idi.

ÇiçeroTürkiyə ilə bağlı hansı məlumatları vermişdi?


O dövrü baş naziri İsmət İnönü və xarici işlərnaziri Mənəmənçioğlu II dünya müharibəsinə qatılmağa hər zaman qarşı idilər,amma almanlar da, müttəfiq qüvələr də Türkiyəni bu müharibəyə qatmaqda israrlıidilər.

İlyas Bazna Türkiyənin müttəfiq qüvvələr yanındamüharibəyə qatılması üçün həyata keçirilən Qahirə və Tehran konfransının məzmununuvə nəticələrini almanlara vermişdi. Çiçeroya görə Türkiyə müttəfiq qüvvələrəyardım edirdi. Almanlar üçün etibarlı bir agentə çevrilən Çiçero müttəfiq qüvvələrinTürkiyə üzərində gerçəkləşdirdiyi təzyiqlər, Britaniya əsgərlərinin Egedə həyatakeçirtdiyi əməliyyatlar və Türkiyə üzərindən Sovet Rusiyasına silahlarçatdırılması kimi vacib bir çox məlumat vermişdi. Almanlar Türkiyəyə sərt birnota verərək hikkəsini, hirsini dilə gətirmişdi.Verilən bu nota müttəfiq qüvvələrdədərin bir səssizliyə səbəb olmuşdu.

Çiçero Argentinaya qaçdı

Alman səfirliyində sekretarlıq edən Lena KappAmerika agenti çıxmış və bu vəziyyət İlyas Baznanın kefini pozmuşdu. Lena KappÇiçero haqqında Amerikaya bu məlumatları vermişdi. Ki, İngilis səfirliyindəÇiçero deyə bir adam var, bizim səfirliyə gələndə böyük canlanma baş verir vəxırda rütbəlilər otaqdan çıxarılır.

Lene Kappın Amerika agenti çıxmasıyla başının böyükbir bəlaya tuş gələcəyini düşünən İlyas Bazna Almaniyadan xəbərdarlıq alır və cəsusluqdanqazandığı 300 min sterlini götürüb Argentinaya qaçır.

İlyas Baznanın Argentinaya qaçmasının dalıncaingilislər onun Çiçero olduğunu anlayınca şok olmuşdular. İngilis səfirHuqesson İlyas Baznanın Çiçero olmadığını "O, agent ola bilməz, birincisi çox axmaqdır,ikincisi isə bir kəlmə də olsun ingiliscə söz bilmir” deyə müdafiə edirdi.

İlyas Argentinaya qaçaraq qazandığı pullarla özünəluks bir həyat quracağını düşünsə də elə olmadı. Almanlar II dünya müharibəsiboyunca ingilislərin iqtisadiyyatını çökdürmək üçün saxta sterlin çıxarırdılar.Çiçeroya da cəsusluq üçün verdikləri 300 min strelini bu pullarlaçıxartmışdılar.

Çiçeronun qazandığı sterlinlər başına böyük bəlalargətirdi, hətta ölüm təhlükəsiylə də üz-üzə qalmışdı. II dünya müharibəsindənsonra İlyas Almaniyaya təzminat davası açdı və gördüyü işlər qarşılığında çərəzpulu qədər təzminat ala bildi.

İlyas Baznaniyə öldü?


Çiçero daha sonra "Mən Çiçeroyam” adlı kitab qələməaldı və dolanışığını bu kitab sayəsində təmin etdi. Ancaq Baznaya bu da bəs eləmədi.Bazna 1970-ci ildə Münixdə gecə gözətçisi işlədiyi vaxt 66 yaşında yoxsul birikimi dünyasını dəyişdi.

Çiçero türk agenti idimi?

İlyas Bazna haqqında bir çox iddia ortaya atıldı.Alman agenti olaraq işləyən Çiçeronun bir dövr iki tərəfədə işləyən ingilisagenti olduğu deyilirdi. Bir qism də onun türk agenti olduğunu düşünürdü.

II dünya müharibəsindən sonra ortaya çıxan Sovet,ABŞ və İngiltərə təhlükəsizlik idarələrinin sənədlərində olan məluatlara görəİlyas Baznanın almanlara göndərdiyi məlumatların Türkiyənin də karına gəlmişdi.Çiçeronun almanlara göndərdiyi sənədlərin sayəsində Türkiyənin müharibəyəqatılmasının qarşısı alınır. Bu da Türkiyənin II dünya müharibəsi zamanımüharibənin xaricində qalmaq siyasətini dəstəkləyirdi. Fikirlərin bu qədərqarışmasına əsas səbəbsə Milli Təhlükəsizlik təşkilatının riyasət heyətinin Çiçeronunəslində bir türk agenti olduğuna dair verdiyi açıqlamalar idi.

TƏQVİM / ARXİV